Milli Azərbaycan Tarixi Muzeyində görüş

Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib.

www.science.gov.az saytı yazır ki, qonağı muzeyin direktoru, akademik Nailə Vəlixanlı qarşılayıb. Aleksandr Ata muzeyin ekspozisiya zalları və yeni açılan Qazaxıstanın “Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” adlı sərgi ilə  tanış olub. Bakının arxiyepiskopuna muzeyin bütün dövrlərini əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib.

Şərq və Avropanın sintezini özündə cəmləşdirən muzeyin möhtəşəm binası və zalları qonağın xüsusi marağına səbəb olub. Sonda Aleksandr Ataya muzeyin nadir inciləri – kataloq və bukletlər hədiyyə olunub.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında