Türkiyəli rejissor Recai Bozkurt: “Filmdə qəhrəmanın şəhadətini göstərən gecə çəkilişləri xüsusi yer tutacaq”

Türkiyədən olan gənc rejissor, yazar Recai Bozkurt 1985-ci il aprelin 9-u  anadan olub. Bu yaxınlarda Azərbaycana səfər edən rejissor Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyat yoluna həsr etdiyi filmin çəkilişlərinə başlayıb. Rejissoru daha yaxından tanımaq üçün onunla söhbətləşdik:

--Recai bəy, istərdik, yaradıcılığınızla bağlı azərbaycanlı oxuculara məlumat verəsiniz.

--- On iki ildir, yaradıcılıqla məşğulam. İndiyə kimi, bir şeir, 2 roman və bir siyasi məzmunlu kitabım işıq üzü görüb. Bundan başqa, 65 bəstənin müəllifiyəm. Bu əsərlərdən dördü yayımlanıb. Onlardan birincisi 15 iyul hadisələrinə həsr etdiyim “Əmr et, yetər” əsəridir. Sonra isə “Zəfər halayı” adlı əsərimə klip çəkmişik. Bir müddət sonra “Böyük Anadolu layihəsi-Dövlət-i Ali” layihəsi çərçivəsində  ilk əsərimiz “Əmr et”i Malatyada çəkdik. İkincisi isə “Türk divanına” adlı əsərimizə Bakıda klip çəkdik.  

--- Layihə çərçivəsində tamaşaçıların daha çox diqqətini çəkən Mübariz İbrahimovdan bəhs edən “Qara Bayraq” əsəri oldu.

--- Mübariz İbrahimov Azərbaycan xalqının övladı idi, şəhadətindən sonra bütün türk dünyasının övladı oldu. Şəhidimizə Allahdan rəhmət diləyirəm, məkanı cənnət olsun. Biz onun atası Ağakərim atanın yanına icazə və xeyir-duasını almağa gedərkən bizə dedi: “O mənim oğlum idi, artıq bütün türklərin şəhididir, çəkin”—deyərək bizə xeyir-duası ilə yanaşı, tövsiyələrini də verdi. Filmdə  Mübariz İbrahimovun iştirak etdiyi döyüş səhnələri ilə tamaşaçıya ötürdüyümüz mesajlar Azərbaycan xalqı başda olmaqla, türk-müsəlman dünyasının başına gələn qanlı olayları və haqsızlıqları və bu haqsızlıqlara qarşı mübarizəni  dünyaya göstərəcək.

--- Sizin yaradıcılığınızda türk xalqlarının mənəvi həmrəylik və birliyi əsas yerlərdən birini tutur. 

--- Bəli, elədir. Bizim hədəfimiz qədim türklərdəki kimi “Qızıl alma”dır.  “Qızıl alma”  Türkiyənin Afrin əməliyyatı ilə bir xəyalın belə ötəsinə keçdi. Əlbəttə ki, bu istiqamətdə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də digər türk və müsəlman ölkələrin liderləri lazımi addım atır, türk həmrəyliyinə töhfə verirlər. Biz  yaradıcı şəxslər də  bu həmrəylik üçün bacardığımızı edirik.

--- “Qara Bayraq” filminin çəkilişlərinə artıq başlamısınız. Çəkiliş necə gedir?

--- Bəli, artıq çəkiliş qrupu işinə başlayıb.  Artıq aktyorlarımızı seçmişik.  Sınaq çəkilişləri edirik.  Tam hazır olan səhnələri  çəkirik. Çəkilişləri Mübarizin doğulduğu Biləsuvardan başlamışıq.  Qeyd edim ki, çəkilişlərlə bağlı rəsmi icazəmiz bu ilin iyunundan avqustun 1-ə qədərdir. Vaxtımız var. İstəyirik ki, daha peşəkar və tamaşaçıların bəyənəcəyi bir film ərsəyə gətirək.  Qeyd edim ki, filmdə iyun ayının 18-indən 19-a keçən gecə--Mübariz İbrahimovun qəhrəmanlıqla şəhid olduğu gecə çəkilişləri xüsusi yer tutacaq.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında