Azərbaycanlı şairin kitabı Təbrizdə təqdim edilib

Tanınmış şair, publisist, “Ulduz” jurnalının poeziya şöbəsinin redaktoru Fərqanə Mehdinin “Məni yağışda saxla” kitabının Təbrizdə təqdimatı keçirilib. Təqdimat zamanı  əvvəlcə tədbir iştirakçılarına kitabın müəllifinin yaradıcılığı barədə məlumat verildi, qeyd edildi ki, onun yeni kitabının Təbrizdə işıq üzü görməsi ədəbiyyatsevərlər üçün əlamətdar ədəbi hadisədir.  

Kitabın çap edildiyi “Yaşar Qələm Təbriz”  nəşriyyatın rəhbəri,  gənc şair Xosrov Barışan  kitab müəllifi Fərqanə Mehdinin yeni kitabını müsbət dəyərləndirib. O qeyd edib ki, yeni kitabda yer alan şeirlər də digər poeziya nümunələri kimi oxucular tərəfindən maraqla qarşılanacaq. Muğam ustadı Həmid Namvəri, Məhəmməd Çalğın, qadın şairlərdən Rüqəyya Əliquliyan çıxış edərək kitab müəllifinin yaradıcılığından söz açdılar və ona bundan sonra uğurlar arzu etdilər.

Təqdimatın sonunda kitabın müəllifi öz kitabını  ədəbiyyatsevərlərə imza edərək təqdim etdi və ən xoş arzularını bildirdi.

Əfsanə BAYRAMQIZI,
"Xalq qəzeti"

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında