Füzulinin dünya ədəbiyyatında yeri

Füzulinin “Divan”ının əlyazma nüsxəsinin “Dünya Yaddaşı” Proqramı Reyestrinə daxil edilməsi onun müstəsna dəyərini əks etdirir.

science.gov.az-ın verdiyi məlumata görə, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin “Divan”ının əlyazma nüsxəsinin “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsi ilə bağlı təqdimat mərasimi keçirildi. Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə dahi şairin “Divan”ının əlyazma nüsxəsinin “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsini Azərbaycan üçün əlamətdar hadisə kimi dəyərləndirib. O, Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi qayğısı sayəsində ölkəmizin zəngin mədəni irsinin dünyada tanıdılması və təbliği istiqamətində əməli tədbirlərin həyata keçirildiyini bildirib.

Şairin dünya mədəniyyəti xəzinəsinə verdiyi böyük töhfələrdən danışan AMEA rəhbəri bildirib ki, haqqında söhbət gedən əsər Füzulinin türkcə (azərbaycanca) “Divan”ının ən mötəbər nüsxəsi sayılan, şairin ölümündən 16 il sonra - 1572-ci ildə üzü köçürülən Bakı əlyazmasıdır. Əlyazmada əsərin 1936-cı ildə görkəmli ədəbiyyatşünas alim Salman Mumtaz tərəfindən SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının kitabxanasına bağışlanması  qeyd olunur.

Akademik A.Əlizadə digər Azərbaycan mütəfəkkirlərinin əsərlərinin  “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsi istiqamətində iş aparılmasının vacibliyini bildirib.

          Həmin tədbirdə görkəmli alimlər, tədqiqatçılar və mütəxəssislər maraqlı faktlarla dəyərli fikirlər söyləmiş, rəy və təkliflərini bildirmişlər.

İ.Əmənullayev

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında