Prezident İlham Əliyev: Biz iqtisadi islahatların aparılmasında ancaq öz daxili imkanlarımıza güvənirik

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 60-cı kitabı çapdan çıxıb

Bəzi ölkələrin dövlət borcu ümumi daxili məhsulun 100 faizini, ondan da çoxunu təşkil edir. Daim borc götürən ölkələr o borcu qaytarmalıdır. Belə olan halda, ilk növbədə, o borcun qaytarılması üçün sosial proqramların ixtisarı, maaşların kəsilməsi hesabına bunu etməyə çalışırlar. Ona görə iqtisadi inkişafın və iqtisadi tənəzzülün sosial-humanitar aspektləri çox ciddi təhlilə məruz qalmalıdır. Bizim təcrübəmiz ondan ibarətdir ki, biz iqtisadi islahatların aparılmasında ancaq öz daxili imkanlarımıza güvənirik.

“İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxan 60-cı kitabında yer alan bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü il oktyabrın 31-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən III Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində söyləyib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 60-cı kitabındakı materiallar 2013-cü ilin oktyabr-dekabr aylarını əhatə edir.

Nəşrin bu cildində dövlətimizin başçısının III Bakı Beynəlxalq Humanitar Forumunda, “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimində iştirak etmək üçün ölkəmizə gəlmiş dövlət və hökumət rəsmiləri, nüfuzlu ictimai-siyasi və dövlət xadimləri, habelə ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və BP şirkətinin Bakıya səfər etmiş təmsilçiləri ilə görüşləri barədə materiallar toplanıb.

Azərbaycan Respublikası Prezidentinin Türkiyəyə, Ukraynaya rəsmi, Avstriya Respublikasına, Litva Respublikasına işgüzar səfərləri, habelə Belarus Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı dövlətimizin başçısının keçirdiyi görüşlərə, mətbuata bəyanatlarına, sənədlərin imzalanma mərasiminə dair materiallar da 60-cı kitaba daxil edilib.

Bu cilddə dövlətimizin başçısının Bakının ev sahibliyi etdiyi bir sıra nüfuzlu tədbirlərin iştirakçılarına, o cümlədən ISESCO-ya üzv ölkələrin Uşaq Məsələləri üzrə Məsul Nazirlərinin IV Konfransının, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin VIII Sessiyasının, Azərbaycan Müəllimlərinin XIV Qurultayının, “Rus İcması – 20 il Yeni Azərbaycanın Xalqlar Ailəsində” Respublika Konfransının və digər tədbirlərin iştirakçılarına müraciətləri yer alıb. Habelə Azərbaycan Prezidentinin Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışı mərasimində iştirakına, “Bakutel-2013” XIX Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində və digər tədbirlərdə iştirakından bəhs edən materiallar, müxtəlif çıxış və nitqlərinin mətnləri verilib.

Kitabda Prezident İlham Əliyevin Qusarda və Qubada turizm infrastruktur obyektlərinin, Bakıda nəqliyyat infrastrukturu ilə bağlı açılış mərasimlərində iştirakına dair materiallar da toplanıb.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan 60-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında