Bakı daha bir beynəlxalq turizm tədbirinə ev sahibliyi edəcək

Bu barədə qərar İspaniyanın San-Sebastian şəhərində verilib

BMT-nin Ümumdünya Turizm Təşkilatı (ÜTT) İcraiyyə Şurasının 110-cu sessiyası Bakıda keçiriləcək. Dövlət Turizm Agentliyindən verilən məlumata əsasən, bu barədə qərar təşkilatın İcraiyyə Şurasının İspaniyanın San-Sebastian şəhərində 23-25 mayda keçirilən 108-ci sessiyasında verilib. Bu mötəbər tədbirin 2019-cu ilin may ayında baş tutması planlaşdırılır.

Sözügedən sessiyanın Bakıda keçirilməsi Azərbaycan ilə ÜTT arasında çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycanın dünya ölkələri arasında imicinin daha da artırılması və ölkənin cəlbedici turizm məkanı kimi potensialının daha geniş təbliği baxımından böyük əhəmiyyət kəsb edir. 40-dan artıq ölkədən tədbirə təşrif buyuracaq dövlət rəsmiləri və digər qonaqlar ölkəmizin turizm imkanları, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Xatırladaq ki, Azərbaycan 2013-cü ildən bu təşkilatın İcraiyyə Şurasında təmsil olunur .

108-ci sessiyada ölkəmizi Dövlət Turizm Agentliyinin və Azərbaycanın İspaniyadakı səfirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə Azərbaycan Respublikasının ÜTT yanında daimi nümayəndəsi səfir Anar Məhərrəmov rəhbərlik edib.

Qeyd edək ki, “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin 20 aprel tarixli sərəncamına əsasən, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılıb .

Dövlət başçısı İlham Əliyevə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrik məktubu ünvanlayan Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ölkəmizdə turizm sənayesinin inkişafına cənab Prezidentin göstərdiyi şəxsi dəstəyə görə minnətdarlığını bildirib.

O vurğulayıb ki, bu dəstək Azərbaycan hökumətinin ölkənin davamlı sosial-iqtisadi inkişafında turizm sahəsinə əsas vasitə kimi yanaşmasının əhəmiyyətini təcəssüm etdirir. Z. Pololikaşvili qeyd edib ki, artıq Dövlət Turizm Agentliyin sədri F. Nağıyev ilə əlaqə saxlanılıb və Ümumdünya Turizm Təşkilatı Azərbaycanın turizm sənayesinin gələcək inkişafı üçün üzərinə götürdüyü öhdəliklərlə bağlı tam dəstəyini ifadə edib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
March, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında