“Ebru, İllüstrasiya və Kafel” sərgisi

Bakı Yunus Əmrə İnstitutu və Türk İşbirliyi Koordinatorluğu  Agentliyinin (TİKA) təşkilatçılığı ilə  institutun  ebru, illüstrasiya və kafel kurslarını bitirən tələbələrin sərgisi açılmışdır.

Bakı Yunus Əmrə İnstitutunda düzənlənən sərginin açılışında TİKA Başçısının köməkçisi Birol Çətin, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir, tələbələr, müəllimlər, türk işbirliyinin  və  ictimai təşkilatların nümayəndələri iştirak etmişlər.

Tədbirdə TİKA Başçısının köməkçisi B. Çətin çıxış edərək TİKA-nın təlim, mədəniyyət və inkişaf layihələrini  dəstəklədiklərini bildirmişdir. Ebru, illüstrasiya və kafel kimi ənənəvi sənətlərin qurulmasının əhəmiyyətinə toxunan Çətin, qardaş ölkənin Azərbaycandakı bənzər layihələrə də dəstəklərini davam etdirəcəklərini açıqlamışdır.

Sərginin açılışından əvvəl  Ebru kursunu bitirən 12, İllüstrasiya kursunu bitirən 23 və Kafel kursunu bitirən 24 tələbəyə sertifikatlar təqdim edilmişdir.

                                                                  

 Afət Sadıqoğlu,

                                                                             “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında