Dövlətçilik tariximizin parlaq səhifəsi

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Filialı Kürdəmir rayon Mərkəzi Kitabxanası ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən tədbir keçirib.

www.science.gov.az saytı yazır ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə muzeyin Aran Regional Filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılan və xalqımızın dövlətçilik tarixində misilsiz rolu olan ilk demokratik, parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti barədə məlumat verib. 

Sonra çıxış edən Kürdəmir rayon 6 saylı məktəbin dil-ədəbiyyat müəllimi Flora Yaqubova Azərbaycan Xalq Cümhuriyyətinin Paris sülh konfransının qərarına əsasən müstəqil dövlət kimi tanınmasından, dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəliklər səviyyəsində diplomatik münasibətlər yaratmasından, 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının işğalı nəticəsində süquta uğramasından bəhs edib.

Daqha sonar Kürdəmir rayon Mərkəzi Kitabxananın əməkdaşı Məhinə Şirəliyeva və tarixçi-tədqiqatçı Ağa Zeynalov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair sənədlərin araşdırılaraq yenidən tədqiq edilməsinin və gələcək nəsillərə  çatdırılmasının vacibliyini vurğulayıblar.

 

                                   Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında