“Müasir dövrdə Azərbaycan Respublikasında etnosiyasi və dini durum”

Azərbaycanda etnik-mədəni müxtəlifliyin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrdə Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi multikulturalizm siyasəti vasitəsilə tənzimlənir. Multikulturalizm, ilk növbədə, Azərbaycan Respublikasının daxili siyasətinin tərkib hissəsi kimi çıxış edir. Bunun mühüm təzahürlərindən biri ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasındadır.

Bu fikirlər dünən Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Müasir dövrdə Azərbaycan Respublikasında etnosiyasi və dini durum” mövzusunda keçirilən zona müşavirəsində səsləndirilmişdir.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və  Biləsuvar rayon icra hakimiyyəti başçılarının müavinləri - icra hakimiyyəti yanında dini işlər üzrə  komissiyaların sədrləri, təhsil, mədəniyyət, gənclər və idman idarələrinin, hüquq-mühafizə, Səfərbərlik və  Hərbi  Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinin rəhbərləri, bələdiyyələrin sədrləri, din xadimləri və ictimaiyyət təmsilçiləri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, ulu öndərin xatirəsini ehtiramla anmışlar.

Zona müşavirəsində Prezident Administrasiyasının şöbə müdiri Etibar Nəcəfov mövzu ilə bağlı məruzə etmişdir.

Etnik-mədəni müxtəlifliyin qorunmasının dövlət tərəfindən həyata keçirilən tənzimlənmə siyasətinin tərkib hissəsi olduğunu bildirən E.Nəcəfov qeyd etmişdir ki, Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasətinə çevirən nadir dövlətlərdəndir. Müasir dövrdə multikulturalizm siyasəti bir sıra Qərb ölkələrində iflasa uğrayarkən Azərbaycan bu siyasət vasitəsilə cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin tənzimlənməsi sahəsində böyük nailiyyətlər əldə etmişdir. Bunun əsas göstəricisi burada etnik, dini və irqi zəmində heç bir qarşıdurmanın, münaqişənin olmamasıdır.

Qeyd olunmuşdur ki, İslamın şiə və sünni məzhəblərə bölünməsi müsəlman dünyasının sosial-iqtisadi, siyasi, hərbi, mədəni sahələrdə geridə qalmasının əsas səbəblərindən biridir. Bu ayrı-seçkiliyin yaranması müsəlman aləmində qanlı toqquşmalara səbəb olur. Əfsuslar olsun ki, müasir dövrdə də əksər müsəlman ölkələrində şiə-sünni qarşıdurması bu və ya digər formada özünü büruzə verir. Bu qarşıdurma özünü həm ölkədaxili, həm də ölkələrarası müstəvidə göstərir. Azərbaycan nadir müsəlman ölkələrindəndir ki, burada şiə-sünni qarşıdurması yoxdur.

E.Nəcəfov demişdir: “Qloballaşan dünyada, geniş kommunikativ imkanların mövcud olduğu bir şəraitdə zərərli dini bilgilərin qarşısını tam almaq mümkün deyil. Əsas prioritet məsələ zərərli təbliğata qarşı alternativ maarifləndirməni həyata keçirmək, məlumatların doğru, düzgün və milli dəyərlərimizə yad olmayan mənbələrdən əxz edilməsidir. Nəzərə alsaq ki, milli kimliyin formalaşmasına əsas xidmət göstərən elementlərdən biri dini kimlikdir, burada təkcə dövlət qurumları deyil, vahid cəmiyyətin hər bir fərdi olaraq, çalışıb ənənəvi dini dəyərlərimizi zərərli təsirlərdən qorumalıyıq”.

Məruzə ətrafında çıxışlarda dövlət-din münasibətləri istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışılmışdır.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında