“Azərbaycan Xalq Cümhuriyyəti – 100 il”

Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti-100 il” adlı tədbir keçirilib. Şuranın sədri Fəttah Heydərov tədbirdə çıxış edərək AXC-nin tariximizin şərəfli səhifəsi olduğunu diqqətə çatdırıb.

Qısa dövrü əhatə etməsinə baxmayaraq, müsəlman Şərqinin ilk demokratik parlamentli respublikası olan AXC həm də müsəlman dünyasında ilk dünyəvi respublikadır. Sədr bildirmişdir ki, ulu öndər bu tarixi hadisənin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq demişdir: “Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi”.

Natiq qeyd edib ki, Cümhuriyyətin yaranması və fəaliyyəti Azərbaycanın müstəqillik əzminin, xalqımızın öz dövlətçilik ənənələrinə sədaqətinin və azadlıq mücadiləsinin nəticəsidir. Azərbaycan müsəlman dünyasında qadınlara seçki hüququ verən ilk ölkə olmaqla Avropa və Amerikanın bir sıra demokratik dövlətlərini qabaqlayıb.

F.Heydərov bildirib ki, ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin sərəncamı ilə bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi  onun tarixi keçmişimizə verdiyi dəyərin və göstərdiyi ehtiramın göstəricisidir.

Sonra Ağsaqqallar Şurasının sədr müavini, akademik Teymur Bünyadov, Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edərək Cümhuriyyət tariximizin maraqlı və ibrətamiz faktlarından söz açmışlar.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında