Professor Əli Rəcəblinin “Sikkə və dövlətçilik” kitabının təqdimatı olub

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri, t.ü.e.d., professor Əli Rəcəblinin “Sikkə və dövlətçilik” adlı kitabının təqdimatı keçirilib.

www.science.gov.az saytı yazır ki, Mərkəzi Elmi Kitabxanada baş tutan tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Ə.Rəcəblinin Azərbaycanda numizmatika elminin əsasını qoyan və onu inkişaf etdirən görkəmli alim olduğunu söyləyib. Qeyd edib ki, professor Ə.Rəcəbli hələ tələbəlik illərindən başlayaraq son 60 il ərzində Azərbaycan numizmatika elmi, etnoqrafiyası, tarixi, ümumilikdə ictimai elmlər sahəsinin inkişafına mühüm töhfələr verib.

Təqdimatı keçirilən kitab barədə ətraflı məlumat verən AMEA-nın vitse-prezidenti bildirib ki, sözügedən əsərdə Azərbaycanda sikkə zərbi və dövlətçilik ənənələri öz əksini tapıb, ilk dəfə olaraq numizmatik faktlar dövlətçilik tariximizin ən vacib rəmzlərindən biri kimi tədqiqata cəlb olunub. Bundan əlavə, kitabda qədim Azərbaycan dövlətlərinin siyasəti, iqtisadiyyatı, pulu və tarixi barədə geniş məlumatlar oxuculara təqdim edilib.

Tədbirdə, həmçinin AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, nəşrin elmi redaktoru, akademik Nailə Vəlixanlı və digərləri çıxış edərək Ə.Rəcəblinin Azərbaycan numizmatika elminin inkişafındakı xidmətlərindən, onun əsərlərinin tariximizin tədqiqi, qorunması, təbliği və gələcək nəsillərə çatdırılmasının önəmindən danışıblar.

Daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nərgiz Əliyevanın "Numizmatika elminə yeni töhfə" və Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin "Əli Rəcəbli və Azərbaycan numizmatikası" mövzusunda məruzələri dinlənilib.

Sonda professor Ə.Rəcəbli çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında