Qənirə Paşayeva Beynəlxalq Altın Göl Başarı mükafatına layiq görülüb

 Anadolu Mətbuat Birliyi (AMB) tərəfindən təşkil edilən tədbirdə mükafatı  Qənirə Paşayevaya AMB Van bölməsinin sədri Ayhan Yazıq və Van Böyükşəhər təmsilçisi Mustafa Yalçın təqdim edib. Təqdimat zamanı Q.Paşayevanın Azərbaycan--Türkiyə münasibətlərinin inkişafı, türk dünyasına,  türk mədəniyyəti, ədəbiyyatı, sənətinə xidmətlərindən və harada yaşamasından asılı olmayaraq türk insanına dəstəyindən, türk dövlətlərinin və toplumlarının birliyi istiqamətində çalışmalarından və bu istiqamətdə gənclərlə geniş iş aparmasından, türk dövlət və toplumlarının beynəlxalq arenalarda haqlarının müdafiəsi istiqamətində addıımlarına görə bu mükafata layiq görüldüyü bildirilib.

 Türkiyənin və türk dünyasının bir sıra rəsmi şəxsləri, yazarları, QHT və KİV nümayəndələri, türk dünyasının müxtəlif bölgələrindən gəlmiş aydınların iştirakı ilə keçrilən tədbir çərçivəsində belə bir mükafatın ona təqdim olunmasını Azərbaycana olan diqqət və sevginin göstəricisi olduğunu söyləyən Q. Paşayeva Anadolu Mətbuat Birliyinə, onun Van şöbəsinə və bütün təşkilatçılara təşəkkürünü bildirib. Deputat deyib ki, o, bu mükafatı özünün türk dünyası sevdası, duyğu, düşüncə və əməlləri ilə türk gəncliyinə böyük örnək olan, yol göstərən türk dünyasının ziyalı qadınlarını rəhmət və sayğı ilə anaraq, onların ruhları qarşısında baş əyərək alır.

 Q.Paşayeva çıxışıında “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir. Türkiyə nə qədər güclənərsə, bu Azərbaycanın və bütün türk dünyasının gücü, Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin və bütün türk dünyasının gücüdür” --deyib və türk dünyasının gücünü onun birliyində gördüyünü vurğulayıb. “Türklərin ona məxsus olana sahiblənməyi bu birliyi daha da qüvvətləndirir”,-- deyən millət vəkili Qənirə Paşayeva bu birlik sayəsində əl-ələ verərək Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını da işğaldan azad edəcəyimizi bildirib. O, türk dünyasının yaşadığı faciələrdən də geniş danışıb və bildirib ki, harada doğulub, harada yaşamamızdan asılı olmayaraq qardaş-bacılarımızla bağlı məsələlərdə hər zaman duyarlı olmalıyıq. Azərbaycanın müstəqilliyə qədər keçdiyi yoldan və bu günə qədər əldə etdiyi uğurları qeyd edərək bildirib ki, bölgədə Azərbaycan və Türkiyəyə qarşı, türk toplumlarına qarşı böyük güclərin ədalətsizliyiə, oyunlarına qarşı ən yaxşı mübarizə birlikdir və biliyimizi daha da gücləndirməliyik. O yaxın zamanlarda Azərbaycanda " Qarabağdan Vana könül körpüsü" adlı tədbirin keçiriləcəyini də deyib. Mükafatlandırılanlar arasında daha bir azərbaycanlı araşdırmaçı-mütəxəssis Məlahət Qəhrəmanova da olub və o da çıxışında Azərbaycan-Türkiyə münasibətlərinə xüsusi yer ayırıb.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında