Əbülfəs Qarayev : "Azərbaycanda yüksək standartlara cavab verən özəl kinoteatrlar şəbəkəsi inkişaf etməyə başlayıb"

"Son 15 ildə milli kinematoqrafiya mühüm inkişaf yolu keçib".  Bunu mədəniyyət naziri Əbülfəs Qarayev Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

Nazirin  sözlərinə  görə,   son 15 ildə 50-dən çox tammetrajlı, onlarla qısametrajlı bədii film, 200-dən çox sənədli ekran əsəri lentə alınıb: Filmlərimiz 40-dan artıq ölkədə festivallarda iştirak edib, təkcə keçən il 15 ekran əsəri 19 mükafat qazanıb.

 Bakıda ənənəvi beynəlxalq turizm və idman filmləri festivalları keçirilir. 2009-cu ildə inşa edilən Dövlət Film Fondunun binası dünyada ən müasir kino-arxiv müəssisələrindən biridir. Əsaslı yenidənqurmadan sonra 2011-ci ildə Bakıda Nizami Kino Mərkəzinin istifadəyə verilməsi müasir kino prokatının əsasını qoyub. Dövlətin bu sahədə nümunə olan addımından sonra yüksək standartlara cavab verən özəl kinoteatrlar şəbəkəsi inkişaf etməyə başlayıb.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında