Əməkdar elm xadimi Rafiq Əsgərovun 85 illik yubileyi qeyd olunub

Azərbaycan Tibb Universitetində (ATU) insan anatomiyası kafedrasının professoru, Əməkdar elm xadimi, tibb elmləri doktoru Rafiq Əsgərovun anadan olmasının 85 illiyi münasibətilə tədbir keçirildi.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli yubilyarı təbrik etdi. O, Azərbaycan Tibb Universitetinin görkəmli alimlərindən olan Rafiq Əsgərovu canlı tarix adlandırdı: “Rafiq Əsgərov 85 illik ömrünün 65 ildən çoxunu Tibb Universitetinə həsr edib. O, uzun illər anatomiya kafedrasının müdiri olub. Həmçinin universitetimizin ictimai həyatında böyük rol oynayıb, dekan və prorektor vəzifələrində işləyib”.

ATU-nun insan anatomiyası kafedrasının müdiri, professor Vaqif Şadlinski professorun həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Qeyd etdi ki, R.Əsgərov 1933-cü il may ayının 11-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1951-ci ildə Bakıdakı 6 nömrəli orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun  (ATİ) müalicə-profilaktika fakültəsinə daxil olub. 1957-ci ildə institutu fərqlənmə diplomu ilə bitirən gənc normal anatomiya kafedrasında aspiranturada saxlanılıb və oranı bitirdikdən sonra kafedranın assistenti vəzifəsinə seçilib. 1985-ci ildə professor R.Əsgərov ATİ-nin operativ cərrahlıq və topoqrafik anatomiya kafedrasının müdiri vəzifəsinə seçilib: “Rafiq müəllim 1995-ci ildə rektorun adına ərizə yazaraq kafedra müdirliyindən azad edilməsini xahiş edib. Onu da qeyd edim ki, o vaxtlar 65 yaşı tamam olmasına baxmayaraq, vəzifədən getmək istəməyənlər çox idi”.

Daha sonra çıxış edən yubilyar R.Əsgərov ünvanına söylənilən gözəl sözlər üçün hər kəsə təşəkkürünü bildirdi.

Qeyd edək ki, professor R.Əsgərov 200-dən çox elmi əsərin, monoqrafiya, dərslik və dərs vəsaitlərinin, Anatomiya muzeyinə aid kitabçaların, onlarla elmi-kütləvi məqalələrin müəllifi və həmmüəlliflərindəndir. Bilavasitə onun rəhbərliyi altında 10 nəfərdən artıq tədqiqatçı doktorluq və namizədlik dissertasiyası müdafiə edib.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında