“Bu sevda bitməz…”

Azərbaycan Yazıçılar Birliyinin üzvü Sabir İbrahimoğlu (Əsgərov) qırx ildən artıq yaradıcılıq yolu keçmişdir. Ötən əsrin 70-ci illərindən şair  kimi mətbuata gələrək şeir və poemalarında Vətən torpağının gözəlliklərini, doğulub boya-başa çatdığı  ezazkar yurdun əsrarəngizliyini, Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvanın  təbii aləmini, qəhrəmanlıq tarixini, qədim mədəniyyət abidələrini, keçmişini və bu gününü hədsiz mehr-məhəbbətlə tərənnüm etmişdir. 

 Sabir İbrahimoğlunun yeni kitabı- “Bu sevda bitməz...” adlanır. Yeni kitabında şair qədim Azərbaycan torpağına, Atabəylər dövlətinin paytaxtı olmuş Naxçıvana, şanlı tarix yaratmış qəhrəmanlara, bu torpağın qoynunda xehirxah əməlləri, əsərlərilə pozulmaz naxışlar salmış, izlər qoymuş ulu sənətkarlara, zaman-zaman Araz üstündə yaşayıb-yaradan insanların ölməz əsərləri olan tarixi abidələrə sevgisini, doğma yurda məftunluğunu, könül baxışlarını nəzmə çəkə bilmiş, poetik duyğularla gözəl şeirlər yaratmışdır.

Şair 2012-ci ildə nəşr olunan “Oxunmamış nəğmələr” kitabında toplanmış şeir və poemaların davamı  olaraq vətən, xalq, torpaq, təbiət sevgisinə sadiq qalaraq  yeni əsərlərini- şeir, qəzəl, poemalarını  yazmışdır.

“Azərbaycan”, “Öndərin davamçısı”, ”Vətən səninlə bir”, ”Gedirsən gələcəyə”, “Bu sevda bitməz”, ”Şəhidlər xiyabanı”, ”Qürbət ölkələrdə qalxan bayrağım” və digər şeirlərində yurdumuzun qəhrəmanlıq tarixini və torpaq məhəbbətini  iftixaq və qürürla qələmə almışdır.

Kitabın “Bayrağına büküb Vətən”, “Haqqın heykəlləri”, “Küləklərin izləri”, “Dünya sevənlərindi”, “Uşaq şeirləri”, “Qəzəllər.Poemalar”-(“Komandan”, “Mitinq”) başlıqları altında toplanan şeir və poemalar şairin təmiz, saf duyğuları ilə yaranmış ədəbi nümunələrdir.Onları oxuduqca şairin özünəməxsus yeni ifadələri, yaradıcı bir qəlbin istək, arzusu adamı  çəkib  poeziya aləminə aparır.  

          Həqiqətən də kitabda toplanan şeirlərin hər birində şairin Vətənə, xalqa, insanlara, təbiətə  olan sevgisi bitib-tükənməzdir.Bu sevdanı şair nəzmin dili ilə belə tərənnüm edir:

                                      Dalıram, özümə hərdən,

                                      Hardasa səhvlərim olub.

                                      Ruhumu qoparıb yerdən,

                                      İlahi meyvələrim olub.

                                                -0- 

                                      Bu sevdayla qanadlanıb,

                                      Ulduzları fəth edərik.

                                      Bəsirətiylə dolanıb,

                                      Dönnük ona birdəfəlik.

Sabir İbrahimoğlunun şeir və poemalarında doğma yurd, torpaq, ana, övlad sevgisi,Vətən təəssübü, el məhəbbəti, təbiət aşiqliyi  şair arzusu və təxəyülü ilə birləşib oxucuların qəlbində poetik duyğular yaradır.

          “Azərbaycan” şeirində bu misralar şairin vətən və ana  məhəbbətini   birləşdirir:

                                      Bölgələrin yaşıl dondu,

                                      Hamısına quşum qondu.

                                      İlhamım hey qanadlandı,

                                                                         Uçdu-uçdi dörd bir yana-                                    

                                  Azərbaycan, əziz ana

 

 Şairin təbiət, insanların arzu və istəkləri, saf, təmiz məhəbbət, uşaq dünyasına həsr olunmuş şeirləri, sevgi həsrətli qəzəllər, müstəqillik dövrünün ağrı-acılarından bəhs edən poemaları təbii hiss-duyğularla qələmə alınmışdır.Kitabda toplanmış yeni poetik ifadələrlə zəngin poeziya  nümunələri müəllifin yaradıcılıq xəzinəsinə daxil olmuşdur.

Sabir İmrahimoğlunun “Bu sevda bitməz...” kitabı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çapdan buraxılmışdır. Nəşrin ön sözünün müəllifi Naxçıvan MR Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar, redaktoru şair Muxtar Qasımzadədir.

                                                                   Afət Sadıqoğlu

                                                                   “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında