Görkəmli dilçi alim Qüdrət Cəfərovun 80 illik yubileyi qeyd olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qüdrət Cəfərovun 80 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbiri institutun direktoru, akademik Möhsün Nağısoylu açaraq alimin həyat və fəaliyyətindən, dilçilik elminə verdiyi töhfələrdən danışıb. Bildirib ki, Q.Cəfərov hələ tələbə olarkən rus eposu “İqor Polku dastanı”nı Azərbaycan dilinə tərcümə edib və sözügedən əsər 1964-cü ildə akademik Məmməd Arif Dadaşzadənin redaktəsi ilə çapdan çıxıb.

Daha sonra institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, professorlar - İsmayıl Kazımov, Sayalı Sadıqova, İsmayıl Məmmədli və digərləri çıxış edərək görkəmli alimin yaradıcılığından söz açıb, Q.Kazımovun 80 illik ömrünün gənc nəsillər üçün nümunə olduğunu bildiriblər.

 

 

                                                                                          Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında