AXC-nin 100 illiyinə həsr olunmuş “Azərbaycanım mənim” adlı tədbir keçirilib

 AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində bu müəssisənin və Təhsil Nazirliyi 3 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanım mənim” adlı tədbir keçirilib.

www.science.gov.az saytı yazır ki, tədbir ölkə başçısının "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 16 may 2017-ci il tarixli Sərəncamı çərçivəsində baş tutub.  Mərkəzin direktoru Lalə Qəti çıxış edərək məktəblilər arasında AXC-nin 100 illiyinin geniş qeyd edilməsi, Azərbaycanın müstəqillik yolunda keçdiyi çətin, mübarizələrlə dolu tarixinin öyrənilməsi və gənc nəslin vətənpərvər ruhda tərbiyəsinin əsas məqsədləri olduğunu söyləyib. O, daha sonra rəhbərlik etdiyi müəssisə barədə məlumat verib və belə maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirildiyini bildirib.

Daha sonra mərkəzdə fəaliyyət göstərən uşaqlar ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Onlar Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti barədə fikirlərini bildirib, şeirlər səsləndirib və mahnılar ifa ediblər.

 

                                                       Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında