“Vətən mənim hər günüm” adlı tədbir keçirilib

BDU-nun Mətbuat və informasiya şöbəsindən aldığımız xəbərə görə Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Vətən mənim hər günüm” adlı  tədbir keçirilib. Kimya fakültəsinin THİK sədri  Jalə Hüseynovanın layihə rəhbəri olduğu  tədbirdə universitetin THİK-in  sədri Daşqın Qənbərov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tələbələri təbrik edib, vətən və vətəndaşlıq mövzusunda bu cür tədbirlərin önəmli olduğunu vurğulayıb.

Tədbirdə vətənpəvərlik mövzusunda çıxışlar olub, şeirlər söylənilib, Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş kiçik səhnəcik təqdim olunub.

Sonda müğənni Elvin Mirzəzadənin təqdimatında “Çırpınırdı Qara dəniz”  mahnısı  səsləndikdən sonra tədbir  iştirakçıları diplomla təltif olundular.

                                                                  

İ.Əmənullayev
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında