Cümhuriyyətin 100 illiyi münasibəti ilə Londonda tədbir keçirilib

Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Londonda xüsusi konsert proqramı ilə çıxış edib.

APA-nın məlumaytına görə, F. Hacıyeva Əməkdar incəsənət xadimi Ədilə Hüseynzadənin romanslarını səsləndirib. Onu pianoda Səidə Tağızadə, violençeldə Aleksey Miltix müşayiət edib.

Proqram boyunca Ədilə Hüseynzadənin tələbələri - bəstəkar Elnarə Dadaşova və Zümrüd Dadaşzadə onun həyat və yaradıcılığından bəhs edib. Zümrüd Dadaşzadə bildirib ki, Ədilə Hüseynzadənin əsərlərinin Cümhuriyyətin 100 illiyində Böyük Britaniyada səsləndirilməsi Azərbaycan musiqi həyatında önəmli hadisədir.

Qeyd edək ki, Ə. Hüseynzadə Azərbaycan Dövlət Konservatoriyasını 1953-cü ildə bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk azərbaycanlı qadındır. O, 1942-1948-ci illərdə  Konservatoriyanın xalq musiqisi şöbəsində Üzeyir Hacıbəyovdan dərs alıb. Müslüm Maqomayev, Firəngiz Əlizadə onun tələbələrindəndir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında