Gənc Tamaşaçılar Teatrı beynəlxalq festival çərçivəsində Lənkəranda çıxış edib

Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Lənkəran Dövlət Dram Teatrının səhnəsində yazıçı-dramaturq T.Vəliyevanın “Cəza” monotamaşasını teatrsevərlərə təqdim edib.

Teatrdan bildirilib ki, təkadamlıq psixoloji monotamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, ifaçısı Əməkdar artist Kəmalə Hüseynova, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir

Qeyd edək ki, “Cəza” monotamaşası indiyədək Başqırdıstan, Birləşmiş Ərəb Əmirliyi və Hindistanda beynəlxalq festivallarda ölkəmizi uğurla təmsil edərək diplom və mükafatlara layiq görülüb.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında