“Quzey Kıbrıs-Ağdənizin incisi”

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (QKTC) Bakı Təmsilçiliyinin təşkilatçılığı ilə “Landmark”ın Rotunda salonunda QKTC “Foder” Kıbrıs Türk Fotoqraf Dərnəyinin üzvü, fotoqraf-sənətçi Mehmet Gökyiğitin ”Quzey Kıbrıs-Ağdənizin incisi” adlı foto sərgisinin açılışı olub.

QKTC-nin Bakı təmsilçisi xanım Ufuk Turganer ölkəsinin  Azərbaycan ilə əlaqələrindən  danışaraq  bildirib ki, siyasi, iqtisadi, mədəni, təhsil, elm və digər sahələrdə  əməkdaslığımız inkişaf edir və güclənir. Kıbrıs da Azərbaycan kimi gözəl təbiəti, tarixi-mədəni zənginlikləri, ilboyu əlverişli iqlimi, təmiz ab-havası, Ağ dəniz sahilləri, qumsalları, türk millətinə xas olan milli adət-ənənələri ilə məşhurdur.Sərgidə nümayiş etdirilən  fotolar Azərbaycan tamaşaçılarına Quzey Kıbrısı tanıtmaqla yanaşı Cümhuriyyətimizin tarixi, mədəniyyət abidələri,  müasir inkişafı, insanların məişəti barədə təsəvvür yaradır.

 

Fotoqrafçı Mehmet Gökyiğit  fərdi sərgisinin açılışından məmnunluqla söz açaraq deyib ki, Azərbaycanla ilk tanışlığım 2013-cü ildə başlanıb.  İlk gündən bu ölkəyə valeh oldum. Azərbaycanlı həmkarlarımla birgə əməkdaşlığımız sayəsində müştərək sərgilər  təşkil etdik. Bu sərgi isə mənim azərbaycanlı tamaşaçılarla  növbəti ğörüşümdür. Sərgiyə qoyduğum 50 rəngli foto-şəkil Kıbrısın həyatı, tarixi və müasirliyini vəhdət halında əks etdirir.Sənət və foto insanları, şəhərləri birləşdirir.

 

Azərbaycan Fotoqrafçılar Birliyi sədrinin müavini Rauf Umudov çıxışında qeyd edib  ki, FİAP- Beynəlxalq Fotoqrafçılar Təşkilatının tərəfdaşlığı və dəstəyi ilə 2017-ci ildən başlamış və 6 aylıq müddəti əhatə edən “Caucasus-Carpathoians Circuit- 2017” layihəsi çərçivəsində 57 ölkədən 383 fotorafın 5292 əsəri nümayiş etdirilib. 4 nominasiya üzrə 52 mükafat təsis olunub və nəticədə 158 fotoqraf mükafatlara layiq görülüb. Müsabiqədə müxtəlif ölkələri təmsil edən fotoqrafçılar arasında kıbrıslı  Mehmet Gökyiğitin fotoları maraqla qarşılanaraq mükafata layiq görülüb.

 

Azərbaycan Respublkası  Mədəniyyət Nazirliyinin əməkdaşı  Qalib Bağırov  sərginin əhəmiyyətindən danışaraq  qeyd edib ki,  bu görüşlər və təqdimatlar   ölkələrimiz  arasında mədəni əlaqələrin daha da sıxlaşmasını göstərir.

 

Sonda müsabiqə qalibləri- fotoqrafçılar Mehmet Gökyiğit, azərbaycanlı  Nadejda Cavad, Türkiyənin İzmir şəhərindən gəlmiş Ərdal Türksoy “Artsalon-Azərbaycan 2017”-nin medalları ilə təltif ediliblər.
Afət Sadıqoğlu,
”Xalq qəzeti” 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında