Küveytdə ulu öndərin yubileyi qeyd edilmişdir

Küveytin “Four Seasons” mehmanxanasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Vətənsevər Dostluq Cəmiyyətinin nümayəndələri, Küveytin siyasi, ictimai xadimləri, ölkəmizin səfiri, habelə Türkiyə, Rusiya, Ukrayna, İran, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın Küveytdəki səfirləri, həmçinin səfirliklərin əməkdaşları, Küveyt-Türk məktəbinin müəllim heyəti, Küveyt Universitetində təhsil alan türkdilli ölkələrin tələbələri və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Səfir Elxan Qəhrəman yubiley tədbirini açaraq, ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti və ömür yolu barədə danışmış və bildirmişdir ki, o, tarixi şəxsiyyət, müstəqil Azərbaycanın qurucusu və memarı kimi xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Ulu öndərin keşməkeşli həyat yolundan, zəngin siyasi təcrübəsindən, xalqımız qarşısında misilsiz xidmətlərindən konkret faktlarla söz açan səfir qeyd etmişdir ki, Heydər Əliyev Azərbaycanı çətin iqtisadi-siyasi böhrandan məharətlə çıxarmış, ölkədə həyata keçirdiyi demokratik hüquqi islahatlar sayəsində hüquqi dövlət quruculuğunun əsaslarını yaratmışdır.

Natiq ulu öndərin dövlət quruculuğu, sabit iqtisadi inkişaf modeli yaratmaq sahəsində əldə etdiyi uğurlardan bəhs etmişdir.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin siyasi kursunu, sosial-iqtisadi inkişaf və tərəqqi strategiyasını layiqincə davam etdirərək Azərbaycanı nəinki regionun, həm də dünyanın dinamik inkişaf edən sabit ölkələrindən birinə çevirmişdir.

Küveyt Universitetinin tələbəsi, 2017-ci ildə “Mən Azərbaycan haqqında nə bilirəm” inşa yazı müsabiqəsinin qalibi Omar Əl-Həbib çıxış edərək, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə gənc müstəqil dövlətin daxili və xarici siyasətində mühüm islahatlar apardığını, iqtisadiyyatını uğurla inkişaf etdirdiyini, xüsusilə İslam dünyası və ərəb ölkələri ilə ikitərəfli əməkdaşlıq və dostluq münasibətlərinə xüsusi önəm verdiyini qeyd etdi. Omar Əl-Həbib vurğuladı ki, Heydər Əliyevin ideyaları bu gün də yaşayır və Azərbaycanın İslam dünyası və ərəb ölkələri ilə dostluq və əməkdaşlıq əlaqələrinə xidmət edir.

Ölkəsində Heydər Əliyevin xatirəsinin çox əziz tutulduğunu qeyd edən Gürcüstanın səfiri Roland Beridze, Gürcüstanla Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Gürcüstanın mərhum prezidenti Eduard Şevardnadzenin misilsiz xidmətləri olduğunu tarixi faktlarla diqqətə çatdırdı.

Tədbirdə ulu öndərin xatirəsinə həsr olunmuş fotosərgi və Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar nümayiş olundu. Sonda mərasim iştirakçıları müasir Azərbaycanın banisi Heydər Əliyev haqqında hazırlanmış sənədli filmə tamaşa etdilər.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında