Azərbaycan multikulturalizm dəyərləri Hindistan diplomatı tərəfindən yüksək qiymətləndirildi

Bu gün Azərbaycan dövlətinin beynəlxalq  münasibətlərdə səmimi dostluq, siyası, iqtisadi, mədəni əməkdaşlığa böyük önəm verməsi hamı tərəfindən yüksək qiymətləndirilir. Bu qiymətləndirmənin əsas  qarantlarından biri də məhz  multikulturalizmdir.  Multikultural  dəyərlər insanlar və xalqlar arasında qarşılıqlı anlaşma, xeyirxah münasibət və dostluğun əsas amili kimi qəbul edilir.

İndi artıq  planetimizin  hansı məkanında olursa olsun, ən yeni  texnologiya, rabitə və  nəqliyyatın inkişaf etməsi xalqlara, dövlətlərə imkan verir ki, münasibətlərdə  səmimi, qarşılıqlı iqtisadi, mənəvi, elmi və xüsusən insani anlayışlar lazımı səviyyədə  nəzərə alınsın.

Azərbaycan  Prezidenti  İlham Əliyevin  siyası, iqtisadi və mədəni sahələrdə həyata keçirdiyi tədbirlər,  səmimi münasibətləri təmin edən  beynəlxalq forumlar, simpoziumlar ölkəmizə yeni nüfuz qazandırır. Xalqımız böyük dünyəvi şəxsiyyət  və beynəlxalq aləmdə xüsusi nüfuz qazanmış Prezidentə  gələcəyimiz naminə həyata keçirdiyi tədbirlərdə daim dəstək olur.  

Belə bir mühitdə hər bir vətəndaş ölkəmizdəki multikultural dəyərlərin qorunmasına öz töhfəsini verməlidir və verir. Dahi Üzeyir bəy Hacıbəylinin mənəvi ocağı olan Bakı Musiqi Akademiyasının kollektivi  də dövlətimizin multikultural siyasətini daim dəstəkləyir. Akademiyanın  praktiki  fəaliyyətində mütəmadı olaraq, ulu öndər  Heydər Əliyev dühasının təbliği təşkil edilir, Heydər Əliyev Fondunun layihələri dəstəklənir.  

Hindistanın Azərbaycandaki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rananın iştirakı ilə təşkil olunmuş  tədbir də həmin məqsədə xidmət edirdi.  Bakı Musiqi Akademiyası rəhbərliyinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru əvəzi Rəvan Həsənovun   iştirakı ilə keçirilən tədbir akademiyanın prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyevanın təşkilatçılığı ilə ərsəyə gəlmişdi. Qonaqlar və ev sahibləri  olduğca səmimi və səmərəli görüş keçirərək, tələbə-gənclərə multikultural dəyərlərin önəmini növbəti dəfə xatırlatdılar. Bunun qarşılığı olaraq tələbələr də  istedadlarını nümayış etdirdilər.

Tədbirdə multikulturalizm dəyərlərinin mahiyyəti və  bu qəbildən olan görüşlərdə hamının hərtərəfli bəhrələnmə imkanları açıqlandı, dövlətin, şəxsən  Prezident İlham Əliyevin multikulturalizmin inkişafına verdiyi töhfələr xatırladıldı. Görüşdə Hindistanın Azərbaycandaki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana məharətli nitqi ilə dinləyiciləri valeh edərək, alqışlarla qarşılandı. Diplomatın hind xalq çalğı alətləri, milli rəqsləri haqqında dərin məlumatı iştirakçılarda bu ölkəyə qarşı böyük  maraq yaratdı. Hind xalq rəqsləri ifaçısı xanım Nişa Govindanın möhtəşəm  ifası iştirakçılara böyük zövq verdi.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru əvəzi Rəvan Həsənovun gündəlikdəki məsələ ilə bağlı çıxışı iştirakçılar tərəfindən maraqla dinlənildi. Musiqi Akademiyasının magistr --  musiqişünas tələbəsi Könül Əlizadənin hind musiqisi və mədəniyyəti, qədim hind musiqi alətləri haqqında  təqdimatı tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Görüşün sonunda səfir Sanjay Rana Bakı Musiqi Akademiyasına üç cilddə hazırlanmış “İndian music Oxford ensiklopediyası”nı, qədim hind musiqi alətləri olan saringi, sarod, santuru hədiyyə etdi. Layihənin rəhbəri, professor Mina Hacıyevanın Azərbaycan, rus və ingilis dillərində çap olunmuş  “Üzeyir Hacıbəyli: musiqi təfəkkürü -- fəlsəfi mədəniyyəti”, “Qara Qarayev təfəkkürünün fəlsəfəsi”, “ Firəngiz Əlizadə musiqisinin fəlsəfi dünyası” və yenicə çapdan çıxmış “Azərbaycan muğam fəlsəfəsi” adlı 4 kitabı, eləcə də  dəyərli musiqilər yazılmış  disklər  səfirə təqdim olundu.

Görüşün səmimi, işqüzar və səmərəli olduğuna görə  tərəflər  yaxın qələcəkdə yenə görüşmək əzmində olmalarını  bildirdilər.

İ.MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında