Bakı Mühəndislik Universitetində Mir Cəlal Paşayevin 110 illik yubileyi qeyd edilib

Bakı Mühəndislik Universitetində (BMU) görkəmli alim, yazıçı, ədəbiyyatşünas, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin 110 illik yubileyi qeyd edilib.

BMU-nun rektoru, professor Havar Məmmədov Mir Cəlal Paşayevin həyat və yaradıcılığından danışıb. Bildirilib ki, Mir Cəlal Paşayevin yazdığı əsərlər hər dövr üçün aktualdır və sevilərək oxunur.

Rektor görkəmli alimin yubiley tədbirlərinin ölkəmizdə və xaricdə qeyd olunmasını Azərbaycan ədəbiyyatına və ziyalısına verilən yüksək dəyər kimi qiymətləndirib.

Sonra tədbir iştirakçıları Mir Cəlal Paşayevin həyat və yaradıcılığına həsr edilmiş “Üç zirvənin fatehi” filmini izləyiblər.

Bakı Dövlət Universitetinin professoru Abdulla Abbasov, professorlar Qəzənfər Paşayev və Şirindil Alışanov Mir Cəlal Paşayevin təkcə yazıçı, alim və müəllim kimi deyil, eyni zamanda, təşkilatçı, ziyalı, xeyirxahlıq və s. kimi məziyyətlərindən də söz açıblar. Qeyd edilib ki, Mir Cəlal Paşayevin dilimizin inkişafında müstəsna xidmətləri olub. Onun əsərlərində dilimizin yığcamlığı və orijinallığı aydın şəkildə görünür.

Sonda BMU-nun tələbə-teatr studiyasının üzvlərinin ifasında Mir Cəlal Paşayevin əsərlərindən nümunələr təqdim olunub.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında