“Milli mədəni dəyərlərin qorunmasında və təbliğində Heydər Əliyev fenomeni”

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) bu mövzuda V respublika elmi-praktik konfransı keçirilmişdir. Tədbir ulu öndərin 95 illik yubileyinə həsr olunmuşdur.

Plenar iclası giriş sözü ilə açan rektor, Əməkdar elm xadimi, professor ­Timuçin Əfəndiyev ölkəmizdə ulu öndər Heydər Əliyevin yubileyinə həsr olunmuş silsilə tədbirlərin, həmçinin, akademiyada beynəlxalq və respublika səviyyəli konfransların təşkil edildiyini vurğulayıb. O, ümummilli liderin hakimiyyəti dövründə müstəqil, demokratik-hüquqi dövlət quruculuğunda qazanılmış misilsiz nailiyyətlərdən, o cümlədən mədəniyyət sahəsinə göstərdiyi xüsusi qayğıdan danışıb: “Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi”.

T.Əfəndiyev ulu öndərin siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazandığını xüsusi vurğulamışdır.

Sonra ümummilli lider Heydər Əliyev haqqında videoçarx nümayiş olunmuşdur.

BXA-nın elm və yaradıcılıq üzrə prorektoru, Əməkdar incəsənət xadimi Sonaxanım İbrahimova “Heydər Əliyev mədəni-mənəvi intibahın təminatçısı”, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, professor Vəfa Əliyev “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, Opera və Balet Teatrının bədii rəhbəri, Xalq artisti Kamilla Hüseynova “Azərbaycan balet sənətinin inkişafı Heydər Əliyevin tarixi xidmətlərinin nəticəsidir”, Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov “Heydər Əliyevin bədii obrazı Azərbaycan xalça sənətində”...mövzularda çıxış edərək ulu öndərin titanik fəaliyyətindən bəhs etmişlər.

Azərbaycan Mədəniyyət Nazirliyinin elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev çıxış edərək Heydər Əliyev şəxsiyyəti, onun Azərbaycan tarixindəki əvəzsiz xidmətlərindən söz açmışdır.

Konfrans öz işini seksiyalarla davam etdirmişdir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında