İsveçrə səfirliyinin dəstəyi ilə çəkilən “Dəyişikliklərə cəsarəti çatan cümhuriyyət qadınları” filmi nümayiş olunacaq

Bakıda İsveçrənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə çəkilən bu  film  Azərbaycan tarixində qadınların əhəmiyyətli rolundan bəhs edir. Film İsveçrə səfirliyinin maliyyə dəstəyi ilə Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti (RİQC) tərəfindən hazırlanıb.

Film mayın 16-da Bakıdakı Yarat Müasir İncəsənət Mərkəzində təqdim olunacaq.

“Dəyişikliklərə cəsarəti çatan cümhuriyyət qadınları” sənədli filmi Azərbaycanda qadınlara səsvermə hüquqlarının verilməsinin 100 illiyinə həsr olunub və son əsrdə Azərbaycan qadınlarının vəziyyətini əks etdirir. Müxtəlif tarixi dövrlərə səyahəti təsvir edən filmdə diqqət ölkənin ən vacib tarixi məqamlarında qadınların verdiyi siyasi töhfələrə yönəldilir. Hər bir dövr üçün öz zamanının nümunəsi sayıla biləcək görkəmli qadınlar təqdim olunur. Hazırlanmasında xeyli nadir arxiv materiallarının da istifadə olunduğu bu məlumatlılığın artırılmasına yönəldilmiş film-səyahət bu gün qadınların hansı çətinliklərlə qarşılaşdıqları və onlar üçün 21-ci əsrdə hansı imkanların mövcud olması haqqında suallarla sona çatır.

Sənədli filmin nümayişi İsveçrə səfirinin iştirakı ilə keçiriləcək. Giriş pulsuz olacaq.

Film Azərbaycan dilində ingiliscə subtitrlərlə göstəriləcək. Sənədli film İMAGİNE Avro Tolerantlıq Festivalına töhfə kimi nümayiş etdiriləcək.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında