Kann Festivalında zinət əşyaları ilə bərq vuran məşhurlar

Xəbər verdiyimiz kimi, 71-ci Kann Kino Festivalının açılış mərasimi baş tutub.

Day.Az xəbər verir ki, dünya ulduzları bu dəfə də ənənəyə sadiq qalaraq qırmızı xalçada dəb şousu nümayiş etdirib. Bu tədbir üçün dünya şöhrtəli dizaynerlərə əvvəlcədən təmtəraqlı libaslar sifariş verən məşhurların saç və makiyajı, eləcə də bahalı zinət əşyaları böyük diqqət çəkib.

Ulduzların stilistləri hansısa bir parlaq aksessuarla öz müştərilərinin obrazlarını tamamlayır, ya da bir neçəsinə üstünlük verirlər, lakin bu zaman seçilən zərgrlik nümunələri çox sadə olur və bu, parlaqlıq ümumi görünüşə xələl gətirmir.

Məsələn, böyük sırğalar seçimi zamanı fashion-mütəxəssislər boyunbağıdan imtina edir. Əgər iri boyunbağı varsa, onda xırda sırğalara üstünlük verilir. Bəzən isə obraz əlavələr olmadan qalır.

Modapərəst oxucular Penelopa Krus, Culiana Mur, Keyt Blanşet, Kristen Stüart, Fan Bibin, Lea Seydu, Kamila Koelo və başqa aktrisaların Kann Kino Festivalının açılışında taxdığı zinət əşyaları və digər aksessuarlarla tanış edilib.

M.MÜKƏRRƏMOĞLU,
”Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında