Bakıda əcnəbi fotoqraflarla görüş olacaq

Azərbaycan Fotoqrafları Birliyinin 20 illik fəaliyyəti ilə əlaqədar olaraq,“Beynəlxalq Foto günləri-2018” tədbirləri çərçivəsində foto sərgilər təqdim olunacaq. Bu barədə Azərbaycan Fotoqrafları Birliyindən məlumat verilib.  Tədbirlər çərçivəsində mayın 16-ı  Gürcüstan Fotoqraflar Assosasiyasının fotoqraflarının, Türkiyənin İzmir şəhərindən gəlmiş Erdal Türkoğlunun, İranın Təbriz şəhərindən olan fotoqraf Paşa Hadianın təqdimatları olacaq. Fotoqrafların təqdimatları Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ofisində keçiriləcək.

Mayın 17-i isə Şimali Kipr Türk Cümhuriyyətindən olan fotoqraf Mehmet Gökyiyidlə görüşü olacaq. Görüşlərdə fotoqrafiya, yardıcılıqla bağlı fikir mübadiləsi aparılacaq, müzakirələr keçiriləcək.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında