Küveyt mediası ümumilli liderin keçdiyi zəngin həyat yolundan oxuculara ətraflı məlumat vermişdir

Küveytdə gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu kütləsinə malik  “Əl-Cəridə” qəzetində “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünü” başlığında səfir Elxan Qəhrəmanın müsahibəsi, “Əl-Nahar” qəzetində “Müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsi yad edilir” başlığında məqalə dərc edilmişdir.

Məqalələrdə ulu öndərin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən  oxuculara ətraflı məlumat verilmişdir.  Azərbaycanın 1991-ci ildə yenidən müstəqillik əldə etməsindən sonra əldə edilmiş uğurları, dövlət quruculuğu sahəsində Ümummilli lider Heydər Əliyev şəxsiyyətinin misilsiz xidmətləri və onun yaratdığı məktəbin etibarlı davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət, ölkə rəhbərliyi  tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan iqtisadi islahatlar haqqında geniş məlumat vermişdir.

Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə ölkədə hakimiyyət uğrunda başlanan silahlı mübarizə, hakimiyyətlərin bir-birini əvəz etməsi və çoxhakimiyyətliliyin hökm sürməsi müstəqil dövlətçiliyə ağır zərbələr vurduğu, ölkədə yaranmış ictimai-siyasi xaos, anarxiya, zorakılıq halları, milli və vətəndaş qarşıdurmasının kəskinləşməsinə və hakimiyyətin tam iflasına rəvac verdiyi bildirilmişdir. Nəticədə, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyinin böhran və məhv olmaq təhlükəsi qarşısında qaldığı, ölkənin vətəndaş müharibəsi və parçalanma həddinə gətirildiyi, belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı bu təhlükəli vəziyyətdən çıxarmaq üçün gərgin işə başladığı vurğulanmışdır.

Həmçinin, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişi, öncə Ermənistan və Azərbaycan arasında gedən müharibənin dayandırılması məqsədilə atəşkəsin əldə olunması üçün müvafiq razılaşmanın əldə olunduğu, sonra isə qısa bir zamanda ölkədə  iqtisadi və siyasi sahələrdəki inkişafın, eləcə də sosial problemlərin həllinin öz əksini tapdığı vurğulanmışdır.

Göstərilənlərlə yanaşı məqalələrdə Azərbaycanda iqtisadi və siyasi sahələrdə inkişafın, eləcə də sosial problemlərin həllinin Heydər Əliyevin adıyla bağlı olduğu, ümummilli liderin SSRİ rəhbərliyində yüksək vəzifədə çalışdığı ərəfədə, həmçinin istər Sovet Azərbaycanına, eləcə də müstəqil Azərbaycana rəhbərlik etdiyi uzun müddətdə hər zaman öz ana vətəninin və xalqının ən ağır günlərində onun yanında olduğu vurğulanmışdır.

Həmçinin, Heydər Əliyevin xatirəsinə “Heydər Əliyev Fondu”nun yaradıldığı və Fondun prezidentinin Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva olduğu bildirilərək, Fondun Mehriban xanımın rəhbərliyi altında Azərbaycanın tərəqqisi və xalqın rifahı naminə genişmiqyaslı proqram və layihələrin reallaşmasında, Azərbaycan mədəniyyətinin geniş təbliğində, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərdə, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsində, habelə təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak etdiyi, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verdiyi qeyd olunmuşdur.

 

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında