Etika Akademiyasında “Gülüşdə etika və estetika” müzakirə edildi

Azərbaycanın əməkdar artisti , Şən və Hazırcavablar Klubunun üzvü,  Kinemotaqrafiya  və Karikaturaçılar Biriklərinin üzvü  Bəhram Bağırzadə ilə Etika Akademiyasında  “Gülüşdə etika və estetika” adlı seminar keçirilib.  Etika Akademiyasında silsilə davam edən ustad dərslərinin təşviqi çərçivəsində baş tutmuş görüşdə Bəhram Bağırzadə müasir gənclərə intelektual gülüşü necə aşılanması barədə danışıb. Səmimiyyəti və hazır cavablığı ilə fərqlənən Bəhram Bağırzadə təhsilə çox önəm verdiyini bildirib. Mövzu barədə öz fikirlərini gənclərlə bölüşən Bəhram Bağırzadə gənclərin  zövqünün formalaşdırılması üçün rəssamlığın,  iti ağıl və məntiq  üçün şahmatın , nitq mədəniyyəti üçün şifahi ədəbiyyatın , düzgün qamət üçün milli rəqslərin mühüm rolu oynadığını bildirib.

O bildirib ki, yeni texnologiyaların inkişaf etdiyi dövrdə  gənclərə dəyərləri aşılmaqda internetin , yüksək texnologiyaların   təsiri və rolu əvəzsizdir.

“Yeni nəsli daha düzgün anlamaq üçün onlarla ünsiyyət və gənclərin fikirlərinə hörmət etmək lazımdır.   Zövqün , intelektual yumorun , keyfiyyətli düçüncənin formalaşması üçün təhsilin gücü və kütləvi informasiya vasitələrinin  effektivliyi önəmlidir.”—deyə natiq əlavə edib.

Sonda  Şən və Hazırcavablar Klubunun üzvü Bəhram Bağırzadə  Etika Akademiyasının bundan sonrakı fəaliyyətinə uğurlar arzulayıb.  Etika Akademiyasının  heyəti isə öz növbəsində Bəhram Bağırzadənin  yenı işıq üzü görəcək “ Bakı – uşaqlar üçün “ adlı kitabını  etiket dərnəklərində milli dəyərlərin aşılanmasında   istifadə etmək arzusunda olduqlarını bildirdi.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında