“Azərbaycan ampeloqrafiyası” kitabının I cildinin təqdimatı olub

AMEA-nın Naxçıvan Bölməsində “Azərbaycan ampeloqrafiyası” adlı kitabın I cildinin təqdimat mərasimi keçirilib. www.science.gov.az saytı yazır ki, tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq üzümçülüklə məşğul olanlar üçün qiymətli vəsait оlan nəşrin elmi dəyərindən danışıb. Bildirib ki, kitabın müəllifləri - aqrar elmlər üzrə elmlər doktoru, dosent Varis Quliyev, texnika elmlər üzrə elmlər doktoru, dosent Tariyel Pənahov, AMEA-nın müxbir üzvü Maqsud Qurbanov və aqrar elmlər üzrə fəlsəfə doktorları - Vüqar Səlimov, Mirzə Musayev, Hüseyn İdrisov və Cabbar Nəcəfovdur.

Qeyd olunub ki, vəsait Azərbaycanda üzümçülüyün elmi əsaslar üzərində inkişaf etdirilməsinə, genişləndirilməsinə, iqtisadi səmərəliliyinin yüksəldilməsinə, üzüm genofondunun ampeloqrafik tədqiqinə həsr edilən ilk fundamental əsərdir.

Daha sоnra bölmənin Bioresurslar İnstitutunun Dənli, taxıl, paxlalı və texniki bitkilər laboratoriyasının rəhbəri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Pərviz Fətullayevin “Azərbaycan üzümçülüyünə dair dəyərli əsər” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, üzüm genofondunun qorunması və tədqiqi, sort tərkibinin daha iqtisadi səmərəli süfrə və texniki sortlarla zənginləşdirilməsi, istifadə ediləcək sortların bioloji və təsərrüfat xüsusiyyətlərinin qiymətləndirilməsi, xüsusilə müxtəlif vaxtlarda yetişən, yüksək rentabelli, şaxtaya, xəstəlik və ziyanvericilərə nisbətən dözümlü yeni sortların əkin dövriyyəsinə əlavə edilməsi və istifadəsi üçün səmərəli təkliflərin işlənib hazırlanması ən aktual problemlərdən biridir.

Alim bildirib ki, əsərdə 16 kişmiş, 70 aborigen süfrə sortunun tam şəkildə ampeloqrafik təsvirləri və fotoşəkilləri Azərbaycan, rus və ingilis dillərində oxuculara təqdim olunub.

                                                                                Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında