Şövkət Ələkbərovaya həsr olunmuş gecə keçiriləcək

Beynəlxalq Muğam Mərkəzi "Unudulmayanlar" adlı yeni iri-miqyaslı layihə təqdim edir. Layihənin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin - bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olumasıdır.

Bu gün  layihə çərçivəsində Xalq artisti, Azərbaycan musiqi ifaçılığı məktəbinin görkəmli nümayəndəsi Şövkət Ələkbərovanın yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək.

Şövkət Ələkbərova 1922 - ci ildə Bakı şəhərində anadan olub. 14 yaşında ikən ailəsinin məsləhəti ilə kamançada ifa etmiş,16 yaşından isə müğənniliyə başlamışdır.

1937 - ci ildə Azərbaycan Respublikası Həmkarlar İttifaqının bədii özfəaliyyət kollektivlərinə baxış keçirilmiş, yekun konsert isə 1938 - ci ildə Akademik Opera və Balet Teatrının səhnəsində olmuşdur. "Qarabağ şikəstəsi" ni məharətlə oxuyan gənc Şövkət qaliblərdən biri seçilmişdir. Münsiflər heyətində dahi Üzeyir Hacıbəyli ,Bülbül və Səid Rüstəmov əyləşmişdi.Üzeyir bəyin diqqətini cəlb edən Şövkət Ələkbərova sonralar böyük bəstəkarın yanına dəvət edilmiş və beləliklə onun böyük səhnəyə gedən yolu başlamışdır.

Şövkət xanım ilk musiqi təhsilini musiqiçi,Üzeyir Hacıbəyovun dayısı Ağalar bəy Əliverdibəyovdan almışdır.Sonralar Asəf  Zeynallı adına musiqi məktəbinə daxil olan Şövkət Ələkbərova muğam sənətinin sirlərini , görkəmli aktyor və xanəndə Hüseynqulu Sarabskidən almışdır.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında