Müxtəlif məzmunlu nadir marka kolleksiyası ictimaiyyətə təqdim olunub

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) nadir kitab fondunda mühafizə olunan markalar kolleksiyasını ictimaiyyətə təqdim edib.

MEK direktoru Leyla İmanova  məzmun rəngarəngliyi barədə məlumat verib. O bildirib ki, həm ənənəvi, həm də elektron şəkildə hazırlanmış markalar kolleksiyası Azərbaycanın Milli Rəqəmsal Yaddaş bazasında yerləşir və ölkənin tarixi, mədəni irsini və s. əks etdirir.  Daha sonra MEK-in komplektləşdirmə bölməsinin rəhbəri Nazilə Həsənova markalar kolleksiyasını təqdim edərək bildirib ki, hal-hazırda kitabxana fondlarında mühafizə olunan 1320 ədəd markadan 227 ədədi çap, 1123 ədədi isə elektron formatdadır.  Azərbaycana aid markalardan 35 ədədi xaricdə nəşr edilib. Onların sırasında Amerikada Qarabağ Fondunun dəstəyi ilə Qarabağın tarixi abidələrinə, görkəmli şəxsiyyətlərinə, eləcə də İsveçrə, Almaniya, Hollandiya, Belçikada Azərbaycanın görkəmli şəxsiyyətlərinə həsr edilmiş markalar xüsusi yer tutur.

Azərbaycanla dostluq münasibətləri mövzusunda Macarıstan, Ukrayna, Belarus, Misir, Brazilya, Rusiya, Tacikistan, Qazaxıstan və digər ölkələrdə markalar çap olunub. Azərbaycanda nəşr olunan ilk markanın 1919-cu ilə aid olduğunu bildirən natiq kolleksiyada  Azərbaycan Xalq Cümhuriyyəti, Sovetlər və müstəqillik dövrünü əks etdirən markaların olduğunu diqqətə çatdırıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərmarka” şirkətinin direktoru Leyla Güləliyeva Azərbaycanda və xaricdə hər il müxtəlif tematikalı markaların istehsal olunduğunu və dövriyyəyə buraxıldığını qeyd edib. Yüksək səviyyədə tərtib edilən markalar kolleksiyasına və gözəl təqdimata görə təşəkürünü bildirən şirkət rəhbəri “Azərmarka”nın MEK-lə markalar mübadiləsini daim davam etdirəcəyini bildirib.

“Azərmarka” şirkətinin dizayner rəssamı Nəriman Məmmədzadə, “Azərmarka” şirkətinin redaktoru Ülviyyə Qarayeva  ölkəmizin tanıdılmasında markaların sənəd kimi əhəmiyyətindən danışıblar. Markaların hazırlanmasında mövzu seçiminin xüsusi önəm kəsb etdiyini vurğulayan şirkət əməkdaşları qarşıda planlaşdırılan işlər barədə məlumat veriblər. Daha geniş auditoriyada təbliğ üçün sərgilərin məktəblər daxil olmaqla bir çox müəssisədə təşkil ediləcəyini bildiriblər.
Tədbirin sonunda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərmarka” şirkətinin direktoru Leyla Güləliyeva şirkət adından MEK-ə keçən il nəşr edilmiş  “Azərbaycan” adlı tematik markalar albom-kitabını hədiyyə edib.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında