“Mədəniyyətimizin keşiyində”

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi respublikamızın hər bir guşəsində Azərbaycanın ən şərəfli tarixi günlərindən biri kimi qeyd olunur. Bugünkü müstəqil Azərbaycanın müəllifi olan Heydər Əliyev ölkəmizin bütün sahələrinin inkişafında  göstərdiyi xidmətlərinə görə bənzərsiz dövlət xadimi və siyasətçi kimi tarixə düşmüşdür.

Bu dahi siyasətçinin adı xalqımızın iftixar və qürur mənbəyidir. Onun vətənimiz üçün gördüyü işlər daim yaddaşlardadır. Bu yaddaşsa,  bir estafet kimi yaşlı nəsildən gənc nəslə ötürülür. Böyük liderimizin xatirəsi hər zaman  anılır və əziz tutulur.

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və İncəsənət Gimnazisiyası ulu öndərin  yubileyi ilə bağlı “Mədəniyyətimizin keşiyində” adlı  tədbir keçirmişlər. Bu məqsədlə İncəsənət Gimnaziyasının şagirdləri böyük  konsert proqramı hazırlamış, Teatr Muzeyi isə proqrama “Mədəniyyətimizin keşiyində” adlı sərgi əlavə etmişdir. Sərgidə Heydər Əliyevin  Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğını əks etdirən kadrlar  nümayiş olunmuşdur.

Tədbirdə qeyd edilmişdir  ki, bugünkü müstəqil Azərbaycanın müəllifi olan Heydər Əliyev öz xidmətləri ilə bənzərsiz dövlət xadimi və siyasətçi kimi tarixə düşüb. Onun vətənimiz üçün gördüyü işlər daim yaddaşlarda yaşayacaq. Böyük liderimizin xatirəsi hər zaman anılır və əziz tutulur.

Sonra iştirakçılar ulu öndərə həsr olunmuş fotosərgi ilə tanış olmuşlar. Sərgidə ümummilli liderin siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar yer almışdır.

Tədbir İncəsənət Gimnaziyasının şagirdlərinin ulu öndərə həsr etdiyi konsert proqramı ilə başa çatmışdır.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında