“Heydər Əliyev və Azərbaycan kinosu”

Nizami Kino Mərkəzində ulu öndər Həydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda konfrans keçirilmişdir. Tədbirdə Azərbaycan Kinematoqrafçılar İttifaqının  katibi  Cəmil Quliyev,  Əməkdar incəsənət xadimləri Aydın  Kazımzadə  və  Vasif Allahverdiyev   çıxış etmişlər.

Kinoşünas Aydın  Kazımzadə “Heydər Əliyev və Azərbaycan kinosu”  mövzusunda   geniş məruzə etmişdir.  Bildirmişdir ki, ulu öndərin respublikaya rəhbərlik etdiyi 1969-cu ildən kinomuz yeni inkişaf yoluna qədəm qoydu, vaxtilə ekranlara buraxılmayan filmlər onun təşəbbüsü ilə ekrana çıxdı. Azərbaycan kinosunun ən maraqlı nümunələrindən biri olan “Bir cənub şəhərində” filmi məhz Heydər Əliyevin dəstəyi ilə ekran həyatı qazandı. Kinoda Azərbaycan tarixini, mədəni abidələrini, dahi şəxsiyyətlərini canlandıran “Nəsimi”, “Nizami”, “Babək”, “Dədə Qorqud” kimi ekran əsərləri meydana gəldi. Kinematoqrafiya sahəsində çalışanların məişət şəraiti yaxşılaşdırıldı, onlara fəxri adlar verildi. Əgər 1969-cu ilə qədər Azərbaycan kinosunda yalnız bir nəfər Xalq artisti fəxri adı almışdısa, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Tofiq Tağızadə, Həsən Seyidbəyli və digər sənətkarlar Xalq artisti adına layiq görüldülər. 1976-cı ildə ulu öndərin təşəbbüsü ilə respublikamızda kino sənətinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında tarixi qərar qəbul olundu.

Aydın müəllim  qeyd etmişdir ki,  “Azərbaycanfilm”də müxtəlif vaxtlarda çəkilmiş bəzi filmlərin sovet ideologiyasının tələblərinə tam cavab vermədiyi üçün ekrana buraxılmamaq təhlükəsi yaranarkən kino işçilərinin köməyinə ümummilli liderimiz Heydər  Əliyev gəlmiş  və hər dəfə də bu problem müsbət həll olunmuşdur. “Bir cənub şəhərində” və “İstintaq” bədii filmlərini buna misal göstərə bilərik.  Anarın  “Şəhərin yay günləri” əsərinin  ekranlaşdırılması, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin şəxsiyyətinin araşdırılıb üzə çıxarılması, onun haqqında “Uzaq sahillərdə” filminin çəkilməsi ideyası da Heydər Əliyevə məxsusdur. Hətta “Babək” filminin istehsalı ilə bağlı Moskvanın verdiyi vəsaitdən əlavə, filmə respublika büdcəsindən iki dəfə çox – bir milyon rubl ayrılmışdı.

Kinematoqrafçılarımız da ulu öndərimiz barədə bir sıra maraqlı filmlər çəkmiş və bu iş indi  də uğurla davam etdirilir.

Sonda   bəstəkar  Vasif Allahverdiyevin  “Heydər Əliyev. Həyat yolu”  simfonik poeması əsasında  çəkilmiş eyniadlı   sənədli  film  nümayiş etdirilmişdir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında