Aprel şəhidi Toğrul Fərəczadənin xatirə ev muzeyi müsabiqə elan edir

 Ağsu rayonunun Bico kəndində ictimai əsaslarla fəaliyyət göstərən Aprel şəhidi Toğrul Fərəczadənin xatirə ev muzeyində Faşizm üzərində qələbənin 73-cü ildönümünə ilə əlaqədar tədbir keçirilib. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü, Ağsu rayonu, Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbi nəzdində Tərəkəmə folkloru araşdırma və təbliğat qrupunun dəstəyi ilə keçirilmiş tədbirdə  aprel  şəhidi Toğrul Fərəczadənin atası Habil Cəbiyev ilə görüş olub.  Tədbiri giriş sözü ilə açan  MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının mühüm rolundan, oğul və qızlarımızın cəbhədə göstərdikləri qəhrəmanlıqlardan danışıb. Professor, doktor Kübra Əliyeva, dosent doktor Gülçöhrə Hüseynova,dokor Həbibə Əliyeva, şairə Svetlana Zeynalova, müəllimlər Sabit Abdullayev, Musa Musayev, MİRAS İB İdarə Heyətinin üzvü Ruslan Adgözəlov  II dünya müharibəsi zamanı faşizm üzərində qələbə ilə yanaşı, müasir dövrdə erməni terroru və qanlı cinayətlərinə qarşı mübarizədən bəhs ediblər.

Çıxışlardan sonra tədbirin ədəbi-bədii hissəsində  Həqiqət Musayev adına Gəgəli kənd orta məktəbinin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Tədbir iştirakçıları həmçinin muzeyin eksponatları ilə tanış olub, Toğrul Fərəczadənin qısa və  şərəfli ömür yoluna nəzər salıblar. Muzeyin ekspozisiyasında Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş döyüşçü Toğrul Fərəczadənin

 müxtəlif fotolarını əks etdirən informasiya paneli hədiyyə olunub.

Qonaqlar həmçinin muzeyin rəy kitabına ürək sözlərini yazıblar.

Tədbirin sonunda  "İnamım, qürurum, and yerim şəhidlərim" mövzusunda məktəblilər üçün müsabiqə elan edilməsi vurğulanıb. Qeyd edilib ki, Aprel şəhidi Toğrul Fərəczadənin xatirə ev muzeyi, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Tərəkəmə folkloru araşdırma və təbliğat qrupunun birgə təşkilatçılığı ilə keçiriləcək müsabiqə yazı və bədii qiraət nominasiyaları üzrə elan edilib.

Qaliblər Aprel şəhidi Toğrul Fərəczadənin xatirə ev muzeyində təşkil ediləcək 26 iyun  Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbirə dəvət olunacaqlar. Yer tutmuş ədəbi nümunələr muzeyin ekspozisiyasına daxil ediləcək.

Əfsanə BAYRAMQIZI,
“ Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında