Aİ-nin Azərbaycan nümayəndəliyinin səfiri Kestutis Yankauskas: “Bu cür tədbirlər Avropa ilə Azərbaycan arasındakı anlaşmanı təmsil edir”

Avropa İttifaqı  və Azərbaycan arasındakı münasibətlər  dinamikdir və inkişaf etməkdədir. Bu barədə fikirləri Avropa İttifaqının (Aİ) Azərbaycan  nümayəndəliyinin səfiri Kestutis Yankauskas Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyasında Avropa Gününə həsr edilmiş bayram konsertində çıxış edərkən bildirib. 2018-ci ildə AXC-nin 100 illiyinin qeyd ediləcəyinə toxunan K.Yankauskas bu il həm  də Aİ-nin Azərbaycandakı  nümayəndəliyinin 10 illiyinin və İnsan hüquqları üzrə Universal bəyannamənin 71 illiyinin qeyd olunduğunu  da xatırladıb. Səfir vurğulayıb ki, bu tədbir Azərbaycan və avropalılar arasında  mədəni müxtəliflik və anlaşmanı təmsil edir.

Tədbirin əvvəlində Opera studiyasının uşaq xorunun ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndirilməsi alqışlarla qarşılandı.

Konsertdən əvvəl çıxış edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bütün avropalıları bayram münasibətilə təbrik edib, Avropa ölkələrinə sülh və tərəqqi arzu edib: “Azərbaycanla Avropa ölkələri arasında siyasi, iqtisadi və mədəni sahələrdə sıx əməkdaşlıq var. Əminəm ki, bu əlaqələr daha da genişlənəcək.”-deyə o əlavə edib.

Konsert zamanı  əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə “Baku Chamber Orchestra”nın ifasında V.Motsart, A.Vivaldi, Q.Qarayev, F.Bədəlbəyli və digər bəstəkarların əsərləri səsləndirilib. Səslənən əsərləri səhnədə müxtəlif mənzərələr müşayət edib. Mənzərələr arasında Şuşa məscidinin də göstərilməsi tamaşaçıların diqqətindən qaçmayıb.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında