Türkiyənin İzmir şəhərində Bakı Parkının açılışı olub

Türkiyənin İzmir şəhərinin Narlıdərə rayonu ərazisində Bakı Parkının açılışı olub.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə rəsmilər, Azərbaycanı və Türkiyəni təmsil edən tanınmış şəxslər, habelə yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Əziz Kocaoğlu, Narlıdərə rayon bələdiyyəsinin sədri Əbdül Batur, İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyinin sədri Asif Qurbanlı çıxış edərək Azərbaycan–Türkiyə dostluq və qardaşlıq münasibətlərindən danışıblar. Diqqətə çatdırılıb ki, Bakı Parkının açılışı qardaş Türkiyə xalqının Azərbaycana və paytaxtımıza olan tükənməz sevgisinin təzahürüdür.

Sonra Azərbaycan əsilli şair Tuğrul Kəskin Azərbaycan və Bakı haqqında şeirlər söyləyib.

Yerli sakinlər bayramsayağı bəzədilmiş Bakı Parkının açılışını rəğbətlə qarşılayıblar.

Sabir Şahtaxtı,
 AZƏRTAC-ın xüsusi müxbiri

İzmir


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında