Ötən əsr Hollivud gözəlliyinin simvolu

 “Roma tətilləri” filmindən şahzadə Anna kimi tanıdığımız Odri Hepbern 88 il əvvvəl anadan olub. 1929-cu il mayın 4-də ingilis aktrisası Odri Hepbern (Odri Ketlin Raston, 1929-1993) Brüsseldə anadan olub. "Roma tətilləri" (şahzadə Anna) "Hərb və sülh" (Nataşa Rostova), "Şarada" (Regina Lampert), "Tiffani ilə səhər yeməyi" (Holli Qolaytli), "Milyonu necə oğurlamalı" (Nikol Bonne) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

1948-ci ildə isə Londona köçüb. Öncə Avropa filmlərində çəkilib. Yaxşı oyunu ilə Hollivudun diqqətini cəlb edib.

Odri Hepbern 1954-cü ildə "Roma tətilləri" filmindəki şahzadə Anna roluna görə "Ən yaxşı qadın rolu" nominasiyasında "Oskar" mükafatını alır və daha 4 dəfə bu mükafatın nominantı olur.

Hepbern dövrünün ən çox qazanan kinoaktrisalarından olub və Qreqori Pek, Reks Harrison, Keri Qrant, Henri Fonda, Qeri Kuper, Uilyam Holden, Fred Aster, Piter O’Tul və Albert Finni kimi məşhurlarla tərəf müqabili olub.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında