“Heydər Əliyev və Azərbaycan bəstəkarlıq məktəbi”

Azərbaycan Bəstəkarlar İttifaqında  ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar  “Heydər Əliyev və Azərbaycan bəstəkarlıq məktəbi” mövzusunda elmi konfrans  keçirilib.

Tədbirdə Bəstəkarlar İttifaqının sədri  Firəngiz Əlizadə çıxış edərək,  ümummilli lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən söz açıb. Xalq artisti əlavə edib ki,  ulu öndər  ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan mədəniyyətinin, incəsənətinin tərəqqisi, dünyada tanınması üçün  müstəsna xidmətlər göstərib. Müstəqil Azərbaycanın qurucusu və banisi Heydər Əliyev Azərbaycan bəstəkarlarının və musiqişünaslarının əməyini həmişə yüksək qiymətləndirib. Bu isə  bilavasitə Bəstəkarlar İttifaqının fəaliyyətinə verilən qiymətin bariz təzahürüdür.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova  ümummilli liderlə bağlı xatirələrini bölüşüb.  Əməkdar incəsənət xadimi 1975-ci ildə Üzeyir Hacıbəylinin ev muzeyinin açılışı zamanı  ümummilli liderin  dərin məzmunlu çıxışından söhbət açıb.  Professor söyləyib ki, Heydər Əliyevin  çıxışları həmişə analitik xarakteri və dərin peşəkarlığı  ilə fərqlənirdi.

Tanınmış bəstəkar, Xalq artisti Tofiq Bakıxanov ümummilli liderin mədəniyyət və incəsənət xadimləri ilə olan dostluğundan xatirələrini bölüşüb.

Sonda ulu öndərin ömür yolu ilə bağlı videoçarx nümayiş olunub.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında