Muğam ifaçıları Yunan musiqiçiləri ilə birgə çıxış edəcəklər

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Yunanıstandan gəlmiş musiqiçilər Azərbaycan muğam ifaçıları ilə birlikdə çıxış edəcəklər.

Konsert Avropa İttifaqının Azərbaycandakı nümayəndliyinin təşkilatı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə 2-ci "IMAGINE" Avropa tolerantlıq festivalı çərçivəsində keçirilir.

"Rembetiko meets Mugam" adlı konsertdə Yunanıstandan gəlmiş iki ifaçı - Makis Stamoulis və Kostas Spiropoulis Azərbaycanın əməkdar artistləri Sahib  Paşazadə (tar),Toğrul Əsədullayev (kamança),eləcə də istedadlı xanəndə Nisbət Sədrayeva ilə birlikdə çıxış edəcəklər.

Rembetiko - musiqi stilini bəzən amerika blyuzunun yunan ekvivalenti adlandırırlar.Bu mahnılar birinci növbədə buzuki simli alətinin,eyni zamanda skripkanın,gitaranın,akkordeonun və fortepianonun akkompanentləri ilə ifa olunur.Yunanıstanda "rembetiko" deyiləndə xalq musiqisi həvəskarları qədim xalq mahnılarını düşünürlər."Rembetiko" stilli mahnılar XX əsrin 20-30-cu illərində məşhurlaşıb və bu gün həm yaşlı, həm də cavan nəsil tərəfindən sevilir.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında