“Azərbaycanşünaslığın aktual problemləri”

Bakı Slavyan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda IX Beynəlxalq elmi konfrans öz işinə başlayıb. Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gedib, ulu öndər Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edərək onların abidələri önünə əklil və gül dəstələri qoyublar.

BSU-nun Akt zalında baş tutan açılış mərasimi Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva iştirakçıları salamlayaraq konfransın məqsədi, iş prinsipi və vəzifələri barədə iştirakçılara qısa məlumat verib. O deyib: “Bu konfrans bizim elmi potensialımızı, intellektual gücümüzü bir araya gətirən mühüm hadisəsdir. Azərbaycan müstəqilliyinin ilk dövründə ulu öndər Heydər Əliyev gələcək uğurlu inkişafımızın ideoloji prinsiplərini dəqiq müəyyən edib. Ümummilli lider öz siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu siyasət müstəvisinə keçirdi. Dahi şəxsiyyət azərbaycançılıq ideologiyasını dövlət siyasətinin tərkib hissəsinə çevirməklə dövlətçiliyin milli-mənəvi dəyərlər üzərində yüksəlməsinin vacibliyini bir daha təsdiqləmiş oldu”.

N.Əliyeva dahi şəxsiyyətin qısa müddət ərzində müstəqil Azərbaycanı sabit, inkişaf etmiş qüdrətli bir dövlətə, regionun lider ölkəsinə çevirdiyini vurğulayıb. BSU-nun rektoru Azərbaycan Respublikasının ­Prezidenti İlham Əliyevin ümummilli liderin dövlətçilik ənənələrini daha da inkişaf etdirərək iqtisadi, siyasi-diplomatik və hərbi baxımdan qüdrətli Azərbaycanın dünyada tanınmasına nail olduğunu bildirib.

Sonra ümummilli lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub.

Filmin ardından təhsil nazirinin müavini Firudin Qurbanov ulu öndərin Azərbaycan tarixindəki rolundan danışıb.

Sonra söz alan Türkiyənin Azərbaycan Respublikasındakı səfiri Erkan Özoral Azərbaycanla Türkiyə arasındakı münasibətlərin inkişafında ulu öndərin əvəzedilməz xidmətindən bəhs edib.

Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos, Milli Məclisin deputatları Mixail Zabelin və Aydın Mirzəzadə, Çexiyada Şərq ölkələri üzrə mütəxəssis, professor İvan Meznik, Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov çıxış edərək beynəlxalq elmi konfransı təhsilimizin, elmimizin inkişafında, azərbaycançılığın və multikulturalizmin təbliğində mühüm addım kimi dəyərləndirib, konfransın işinə uğurlar arzulayıblar.

Konfransda Çexiya, Polşa, Ukrayna, Bolqarıstan, Belarus respublikalarının Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, beynəlxalq konfransa 310 alim qatılıb. Bu alimlərin 14-ü xarici ölkələrdən gəlmiş qonaqlardır.

Sonra konfrans öz işini bölmələr üzrə davam etdirib.

Qeyd edək ki, konfrans çərçivəsində Belarus Dövlət Pedaqoji Universiteti (BDPU) ilə BSU arasında telekörpü yaradılıb. Telekörpünü BDPU tərəfdən rektor Aleksandr Juk, BSU tərəfdən isə elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov aparıblar.

Beynəlxalq konfransın gedişində Çexiyanın Mendel Universiteti ilə BSU arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Konfrans öz işini bu gün davam etdirir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında