Azərbaycanda İtaliya opera günləri keçiriləcək

"Azərbaycanda İtaliya mədəniyyətinə böyük sevgi görürük və buna görə də Bakıda İtaliya opera günləri təşkil edəcəyik". "Report" xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, bu marağı nəzərə alaraq, İtaliyanın Azərbaycandakı səfirliyi Azərbaycanın Mədəniyyət Nazirliyi ilə birlikdə bir sıra tədbirlər təşkil edib.

"Bu tədbir italyan bəstəkarı Coakkino Rossininin vəfatının 150 illiyinə həsr olunur. May ayında bir neçə tədbir təşkil edəcəyik. O cümlədən "Madam Batterflay" operası nümayiş olunacaq, eləcə də sərgi keçiriləcək", - A.Massari bildirib.

Qeyd edək ki, Bakı tamaşaçılarına Puççininin ölməz şedevri olan "Madam Batterflay" operası təqdim olunacaq. Mayın  23-dək isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının foyesində "CARA ITALIA, ALFIN TI MIRO" sərgisi keçiriləcək.

Mayın 6-da tamaşaçılara italyan bəstəkarı Coakkino Rossininin iki hissəlik "Sevilya bərbəri" operası təqdim ediləcək.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında