“Azərbaycanda qeyri-hökumət təşkilatları: tarix və inkişaf” kitabının təqdimatı olub

Mayın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin “Azərbaycanda qeyri-hökumət təşkilatları: tarix və inkişaf” adlı kitabının təqdimatı keçirilib.

kitabın elmi redaktoru Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi,
professor Əli Həsənov, rəyçiləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birinci prorektoru, professor Əlikram Abdullayev, Avropa İnsan Haqları Məhkəməsinin hakimi, professor Lətif Hüseynov, Birmingem Universitetinin professoru, Avropa Şurasının Venesiya Komissiyasının eksperti Jeremi Makbrayd, Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu və AMEA-nın Fəlsəfə İnstitutunun professoru Rəna Mirzəzadədir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Hikmət Babaoğlu, Azərbaycan Turizm və Menecment Universitetinin kafedra müdiri İsrayıl İsgəndərov, Dövlət İdarəçilik Akademiyasının dosenti İnşallah Qafarov, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri Rauf Zeyni, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu və başqaları kitabın əhəmiyyətindən danışıblar. Bildirilib ki, bu monoqrafiya vətəndaş cəmiyyəti quruculuğu istiqamətində gedən prosesləri əks etdirən yeni və aktual elmi mənbədir. Müəllif elmi tədqiqatında QHT-nin yaranma tarixini və inkişafını, ictimai sektorun təkamül mərhələlərini geniş araşdırıb, bu sahədə milli və beynəlxalq təcrübəni müqayisəli şəkildə tədqiq və təhlil edib. Vətəndaş cəmiyyəti haqqında mövcud nəzəriyyələrə müəllifin elmi baxışı və yaradıcı mövqeyi, onun qaldırdığı bir sıra aktual məsələlər monoqrafiyanın dəyərini daha da artırır.

Sonda çıxış edən müəllif Azay Quliyev kitab haqqında məlumat verib.

AZƏRTAC

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında