Hindistan-Azərbaycan dostluq avtoyürüşü

Hindistan Respublikasının Azərbaycandakı səfirliyində Hindistan-Azərbaycan dostluq avtoyürüşünün başlanması münasibətilə mətbuat konfransı keçirilmişdir.Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana konfransı açaraq demişdir ki, Hindistan Beynəlxalq  Şimal-Cənub Nəqliyyat Dəhlizi (BŞCND) marşurutunun  tanıdılması məqsədilə 2018-ci ilin may ayında Hindistandan İrana, Azərbaycana və Rusiyaya avtomobillərin böyük yürüşünü təşkil edir.Avtoyürüş 28 apreldən start götürmüş və Hindistanın Kalinga Avtomobil İdman Klubuna məxsus 20 ədəd yürüş avtomobili    dəniz yolu ilə Hindistandan Bəndər Abbasa çatmışdır.Dörd ölkə-Hindistan, Azərbaycan, İran və Rusiyadan ibarət sürücülər heyəti avtomobillərlə İran ərazisindən keçərək 4 mayda Azərbaycanın Astara şəhərinə çatmaq üçün yürüşü davam etdirirlər. Onlar 5 mayda Lənkəran şəhərindən yola düşərək Şimal-Cənub Dəhlizi ilə  hərəkət edərək Bakıya çatacaqlar.

Yürüş heyətinin üzvləri 5-6 may günləri Bakıda qalacaq, paytaxtın görməli yerləri, xüsusilə  Hindistanı Avropa ilə birləşdirən qədim Şimal-Cənub Dəhlizi üzrə mühüm tranzit nöqtəsi olan Atəşgahla tanış olacaqlar.

Azərbycan Respublikası Hökuməti və Azərbaycan Avtomobil Federasiyası tərəfindən dəstəklənən avtoyürüş iştirakçıları 7 mayda Heydər Əliyev Mərkəzindən yola salınacaq və Samur sərhədindən keçərək Rusiyaya, Sankt-Peterburqa gedəcəklər. 

Sankt-Peterburqdan geri qayıdarkən avtoyürüş yenidən 25-27 mayda Azərbaycan ərazisindən keçəcəkdir.Bakıdan strat götürüb Hindistanın və İranın birgə istifadə etdiyi yeni Çabahar limanına gedəcəklər. Avtoyürüşün Hindistan, İran, Azərbaycan və Rusiya səyahəti 10 min kilometr məsafəni əhatə edəcəkdir.

Qeyd olunmuşdur ki, BŞCHD  avtoyürüşü  tərəfdaş ölkələr tərəfindən Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin tanıdılması və  infrastrukturunun inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu marşurut  Hindistan və Avrasiya regionu arasında birbaşa nəqliyyat əlaqəsinin olmaması probleminin həllini qarşıya qoyur.Yeni avtomobil  marşurutunun mövcud gəmi marşurutundan daha qısa, tez və ucuz olması təsdiq edilmişdir. BŞCHD Azərbaycan, o cümlədən Xəzər dənizi vasitəsilə Şərq-Qərb Nəqliyyt Dəhlizi və Bakı-Tbilisi-Qars dəmiryolları üçün əlverişli və önəmli qovşaq rolunu oynayır. BŞCHD infrastrukturunun inkişafı bütün region üçün  biznes potensialının genişləndirilməsi, yeni ticarət və investisiya imkanlarının  yaradılması baxımından da çox faydalı olacaqdır.

Afət Sadıqoğlu,
“Xalq qəzeti

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında