Azərbaycanlı rəssamın əsəri beynəlxalq müsabiqədə yer alıb

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə IX Beynəlxalq turizm karikaturaları müsabiqəsi başa çatıb. Bu il yarışmaya 62 ölkədən 584 rəssam 1101 əsərlə qatılıb. Ölkəmizi bu yarışmada təmsil edən rəssam Soltan Soltanlı üçüncü yerə layiq görülüb. Qalibləri mükafatlandırma mərasimi İzmirdə baş tutub.

Müsabiqədəki iştirakı ilə bağlı Soltan Soltanlı bunları deyib: “2001-ci ildə bu ölkədə keçirilən başqa bir beynəlxalq müsabiqədə birinci yerə layiq görülmüşdüm. Bu yarışmada hər il iştirakçıların sayı artır. Göndərilən əsərləri ayrı-ayrı vaxtlarda iki fərqli heyətdən ibarət beynəlxalq jüri dəyərləndirib. Yarışmaya üç əsər göndərmişdim, onlardan ikisi 140 əsərlə final mərhələsinə adlayıb, sonda isə biri üçüncü yerə layiq görülüb”.

Qeyd edək ki, 2009-cu ildən hər il keçirilən müsabiqə dünyada yeganə turizm karikatura müsabiqəsi kimi tanınır

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında