“Rənglərin festivalı” adlı tədbir ulu öndərin yubileyinə həsr olunacaq

“Atəşgah Məbədi” DTMQ ilə “Atəşgah Art Centre”  birgə ümummilli lider  Heydər Əliyevin anadan olmasının  95-ci ildönümünə həsr olunan “Rənglərin festivalı” tədbiri keçirəcək. Festivalın açılış mərasimi  mayın  5-də olacaq.

Tədbirdə sənətkarlara dəstək məqsədi ilə “Sənətkarlıq  yarmarka”sı təşkil ediləcək. Yarmarkada 80-ə yaxın sənətkarın əl işləri nümayiş olunacaq. Nəinki Bakıdan, Azərbaycanın bölgələrindən də tədbirə  sənətkarlar  qoşulacaqlar.

“AyArt Studio”nun 100-dən yuxarı rəsm əsərləri sərgilənəcəkdir.

Azərbaycan xalq sənət inciləri həm turistlərə, həm də yerli əhaliyə təqdim olunacaq.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında