"Autizm – fərqli və bizdən biri"

“YARAT” Müasir İncəsənət Mərkəzində bir-birindən maraqlı layihələr həyata keçirilir. Mərkəzdə bu dəfə  autizm sindromlu uşaqların iştirakı ilə moda nümayişi təşkil edilib.

Tədbir "Autizm – fərqli və bizdən biri" adı ilə reallaşıb.  "Birgə və Sağlam" İctimai Birliyi Reabilitasiya Mərkəzindən autizm sindromlu uşaqlar  podiuma çıxaraq yaz-yay kolleksiyasından geyimləri nümayiş etdiriblər. Tədbir  “Birgə və Sağlam" İctimai Birliyi və "Ümid var" Xeyriyyə Cəmiyyətinin, "AS Qrup İnvestment" şirkətlər qrupunun birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə "Autizm nədir?"  mövzusunda qısametrajlı filmlər göstərilib,  bukletlər paylanılıb. Bu cür tədbirlərin keçirilməsi  sevgi, qayğı və mərhəmətə ehtiyacı olan   uşaqların cəmiyyətə inteqrasiyası, sosiallaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbirdən əldə edilən  vəsait "Birgə və Sağlam" İctimai Birliyinin Reabilitasiya Mərkəzində imkansız ailələrin  autizmli uşaqlarının təhsilinə sərf olunacaqdır.

Ü. VAHİDQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında