Daşkənddə “Kəlağayı - Azərbaycan ipəyinin dürdanəsi“ adlı özbək və rus dillərində çap olunmuş kitabın təqdimatı keçirilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycanın zəngin mədəni irsinin, xalqımızın min illərlə yaşatdığı adət və ənənələrinin təbliği işini uğurla həyata keçirərək, növbəti layihə kimi Azərbaycan ipəyi və ipəyimizin incisi Azərbaycan kəlağayılarına həsr edib.

Mədəniyyət Mərkəzinin foyesində qurulan sərgidə milli kəlağayılarımız, ipəkdən hazırlanan Azərbaycan milli geyimləri nümayiş etdirilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Kelag‘ayi–Ozarbayjon ipagining durdonasi: Келагаи–жемчужина Азербайджанского шелка” adlı özbək və rus dillərində hazırlanan kitab ictimaiyyətə təqdim edilib.

Təqdimat mərasimində çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan mədəniyətinin rəmzlərindan biri olan və ən qədim sənət növlərindən sayılan kəlağayı sənəti, Azərbaycanda ipəkçiliyin tarixi, onun inkişaf mərhələləri, dünyanın tanınmış alimlərinin, səyyahlarının bu barədə fikirlərinin yer aldığı kitab haqqında danışaraq, kəlağayının dünyaya tanıdılması istiqamətində görülən işlər və Heydər Əliyev Fondunun layihəsi ilə Azərbaycanın kəlağayı sənətinin 2014-ci ildə UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edildiyini qeyd etdi.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Qeyd edək ki, kitabın tərtibçisi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, ön sözünün müəllifi Bakı Dövlət Universitetinin professoru, Baskal İpək Mərkəzinin direktoru Rəna İbrahimbəyovadır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında