“Mənim tanrım gözəllikdir, sevgidir”...

Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, qüdrətli söz ustadı, görkəmli şair-dramaturq Hüseyn Cavidin  anadan olmasının 135 illiyi  münasibətilə Nəcəf Bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında   xatirə tədbiri ilə yad edilib.

Lənkəran Dövlət Universiteti  (LDU) ilə N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının birgə təşkil etdiyi tədbiri universitetin sosial məsələlər üzrə prorektoru, dosent  Kamran Kazımov açıb. Kamran Kazımov  Hüseyn Cavidi   Azərbaycan ədəbiyyatında öz yeri, dəst-xətti olan   istedadlı dramaturq, şair, vətənpərvər ziyalı kimi səciyyələndirib,təkrarsız,  əbədiyaşar poeziyası barədə söz açıb,   yaradıcılığını ədəbiyyatımızın zəngin xəzinəsi kimi dəyərləndirib.

 Şair-dramaturq  Hüseyn Cavidin keşməkeşli həyat  və yaradıcılıq yolu, zəngin ədəbi irsi, dahi sənətkarın Azərbaycan ədəbiyytaında yeri, təkrarsız söz sənəti   LDU-nun Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası kafedrasının dosent Mirhüseyn Abbasın    məruzəsində əksini  tapıb. Məruzədə dahi ədibin yaradıcılığı ətraflı təhlil edilib, ədəbiyyatımızın inkişafına göstərdiyi müsbət təsir vurğulanıb.

Rəsmi hissədən sonra teatrın aktyorlarının ifasında Hüseyn Cavidin əsərlərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş olunub. Dahi ustadın əsərlərindən parçaları  respublikanın Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sücəddin Mirzəyev, artistlərdən Allahverən Babayev, Miraslan Ağayev,  Şəbnəm Hüseynova, Səyyad  Əliyev , Günel Abbaszadə və başqaları  ifa ediblər.Tədbirin rejissoru Respublikanın Əməkdar artisti Adil Zeynalov idi.

Esmira İSMAYILOVA,
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında